Fuad Poladov dəfn olundu – YENİLƏNİB – (1)

Azərbaycanın korifey sənətkarı-Xalq artisti Fuad Poladov vəfat edib.

Etikxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

fuad poladov

Qeyd edək ki, Azərbaycanın xalq artisti F. Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb.

Onun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib.

***

F. Poladovla vida mərasimi başa çatıb.

Vida mərasiminə rejissorlar Ramiz Həsənoğlu, Emil Quliyev, Xalq artisti Mabud Məhərrəmov, Əməkdar artist Anar Heybətov, aktyorlar Hikmət Rəhimov, Murad İsmayıl, Almaz Mustafayeva və başqaları qatılıb.

Rasim Balayev mərhum haqda fikirlərini belə ifadə edib:

“O, teatrımızın sütunlarından biri idi. Bu gün həmin sütunlardan biri düşdü. Böyük sənətkar idi. Bu gün aktyorluğa meyil edənlər onun məktəbindən çox şey öyrənməlidir.

Allah rəhmət eləsin. Onun haqda keçmiş zamanda danışmağı qəbul edə bilmirəm”.

Fəxrəddin Manafov danışarkən göz yaşlarını saxlaya bilməyib:

“Biz bu günü gözləyirdik. Ancaq insan qəribə məxluqdur. Nəyisə gözləsə də, nağıllara inanmaq istəyir. Fuad Poladov mənə örnək idi. Özünə də deyirdim ki, çox şeyi səndən örnək götürürəm. Böyük sənətkar, sənət fədaisi idi. Allah rəhmət eləsin!”

***

Mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.  

F.Poladov Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Millət vəkili Fuad Poladovdan yazdı…

Read Next

Tac Mahal çirklənir və rəngini dəyişir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir