Fuad Qəhrəmanlı istefa verdi: “…PEŞMANAM”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Etikxeber.az xəbər verir ki, bu barədə partiya funksioneri özü “Facebook” səhifəsi vasitəsilə məlumat verib.

“Mənimlə bağlı yaranmış vəziyyəti bəhanə edərək ACXP-yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan, 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailədaxil münaqişə yaşamışam.

Bu baş verənlərə görə də pesmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarımışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram…” – deyən Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verirdiyini bəyan edib.

Qeyd edək ki, Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ailədaxili şiddəti əsas gətirərək, atasından imtina etməsi barədə status dərc etmişdi.

Bunu şərh edən Fuad Qəhrəmanlı  isə qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

 S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.

Bu il avqust ayının 1-də Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızının anası ilə qalması şərti ilə nikahın pozulmasına dair iddia qaldırıb.

fuad

Etikxeber.az

Read Previous

“Valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Barsa”nın gəliri 1 milyard avronu ötəcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir