Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Zirə” futbol klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.
Klubdan Etikxeber.az-a bildiriblər ki, komanda müdafiə xəttini gücləndirmək məqsədilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, futbolçu cari mövsümün sonunadək “Zirə”nin formasını geyəcək.
Futbolçu ötən mövsüm də “Zirə”nin heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad agent statusunda “qartallar”ın sıralarına qoşulub.
Etikxeber.az