Azərbaycan millisinin Almaniya yığması ilə qarşılaşması belə başa çatdı: 1-4 – YENİLƏNİB (5)

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq.

Etikxeber.az xəbər verir ki, oyunu italiyalı baş hakim Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Mauro Tonolini, Rikkardo Di Fiore və Marko Guida kömək edəcəklər.

Oyunun komissarı moldovalı Adrian İksari, hakim-inspektoru isə rusiyalı Aleksey Spirindir.

Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, hesabında 7 xal olan Azərbaycan millisi “C” qrupunda üçüncü pillədə qərarlaşıb. Almaniya 12 xalla birinci, Şimali İrlandiya 7 xalla ikinci pillədə yer alır. Çexiya (5 xal) dördüncü, Norveç (3 xal) beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu yeri tuturlar.

***

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Aqil Məmmədov (q), 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev

Baş məşqçi: Robert Prosineçki

Almaniya: 12. Bernd Leno (q), 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomez

Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi

Baş məşqçi: Yoahim Löv

***

Oyunun 75-ci dəqiqəsində Andre Şürrlenin güclü zərbəsini millinin heyətində 65-ci oyununa çıxan qapıçımız Kamran Ağayev dəf edib. Matçın 81-ci dəqiqəsində Andre Şürrle dubl edərək hesab arasındakı fərqi 3 topa çatdırıb və bu, oyunda sonuncu qol olub. Görüş 4:1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb.

Bu qələbə ilə hesabındakı xalların sayını 15 çatdıran Almaniya millisi “C” qrupunun vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pilləyə enib. Çexiya 8 xalla ikinci, Şimali İrlandiya 7 xalla üçüncü, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.

***

Görüşün birinci hissəsi 3:1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb.

Üçüncü qolu millimizin qapısından matçın 45-ci dəqiqəsində Mario Qomez keçirib.

***

20:41

Almaniya millisi yenidən hesabda önə çıxıb. Matçın 36-cı dəqiqəsində Andre Şürrlenin ötürməsini Tomas Müller qolla tamamlayıb – 1:2.

Hazırda birinci hissə davam edir.

 

20:33

Görüşün 31-ci dəqiqəsində Azərbaycan millisinin üzvü Dmitri Nazarov hesabı bərabərləşdirib – 1:1.

Hazırda birinci hissə davam edir.

 

20:24

Görüşün 19-cu dəqiqəsində Almaniya millisinin üzvü Andre Şürrle hesabı açıb – 0:1.

Hazırda birinci hissə davam edir.

 

Etikxeber.az

Read Previous

Sabah hava əsasən yağmursuz keçəcək

Read Next

Neft ucuzlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir