Futbol üzrə yarımfinalçılar müəyyənləşdi…

Futbol üzrə İtaliya kubokunun bütün yarımfinalçıları müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, sonuncu yarımfinalçının adına yanvarın 3-də keçirilən “Yuventus”-“Torino” matçından sonra aydınlıq gəlib.

Turin derbisində üstün tərəf olan “Qoca sinyora” sensasiyaya imkan verməyərək, rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Meydan sahiblərinin heyətində qolları Duqlas Kosta və Mandzukiç vurublar.

Massimiliano Alleqrinin yetirmələri yarımfinalda “Atalanta” ilə qarşılaşacaqlar.

Digər yarımfinal qarşılaşmasında isə “Latsio ilə “Milan” üz-üzə gələcək.

Etikxeber.az

Read Previous

İddiamız imkanlarımıza uyğun deyil və ya LİDER YOXDUR – AZƏR SARIYEV YAZIR

Read Next

“Qətibə İnanc”, “Anamın kitabı”, “Ölülər”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir