“Futbolçular hətta məğlub olsalar da, oyundan həzz almalıdırlar…” – QURBANOV – YENİLƏNİB – FOTOLAR

UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda Madriddə 1:1 hesabı ilə başa çatan “Atletiko”-“Qarabağ” oyunundan sonra hər iki klubun baş məşqçiləri mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov oyunla bağlı danışarkən deyib: “Çox çətin oyun oldu. Futbolçularımla fəxr edirəm. Biz çox güclü qrupda mübarizə aparırıq. Bu cür oyunlar futbolçularımın təcrübə qazanması üçün çox önəmlidir. Belə oyunlara ehtiyacımız var. Futbolçular hətta məğlub olsalar da, oyundan həzz almalıdırlar. Belə oyunlarla potensialımızı inkişaf etdirmək istəyirik”.

Pedro Enrikenin qırmızı vərəqə ilə cəzalandırılması barədə danışan baş məşqçi hakimin qərarının ədalətli olduğunu bildirib.

İspaniyalı jurnalistin UEFA-nın gələn ildən qüvvəyə minəcək qərarı ilə “Qarabağ” kimi komandaların Çempionlar Liqasının qrup mərhələsinə gedən yolunun daha çətin olacağı ilə bağlı sualına cavab verən Q.Qurbanov deyib: “Əlbəttə, biz bu turniri gördükdən sonra burada hər il iştirak etmək istərdik. Bunu etmək daha çətin olsa da, potensialımızı artırmağa çalışmalıyıq. UEFA-nın qaydaları nəyi tələb edirsə, ona uyğun hərəkət edəcəyik”.

Xarici ölkə klublarından gələ biləcək iş təklifi ilə bağlı suala cavabında baş məşqçi bildirib ki, indi bu barədə düşünmür və əsas diqqəti hazırda çalışdığı “Qarabağ” komandasındadır.

***

dieqo

Biz oyuna yaxşı başladıq. Lakin hücumlarda dəqiq oynaya bilmədik və ilk hissədə qol buraxdıq. Bundan sonra daha gərgin oynamağa başladıq. İkinci hissədə çox yaxşı oynadıq, hücumda çoxsaylı təhlükəli vəziyyətlər yaratdıq. Lakin “Qarabağ”ın qapıçısı və ümumiyyətlə, komanda əla oyun göstərərək çox yaxşı müdafiə olundu”.

Bu fikirləri isə “Atletiko”-“Qarabağ” oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Dieqo Simeone mətbuat konfransında deyib.

Son oyunlarda bəxtin komandasından üz döndərdiyini vurğulayan argentinalı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb: “Biz həmişə eyni səviyyədə oynayırıq. Ola bilər ki, əvvəlki illərdə bu cür oyunlarda qalib gəlirdik. Oyunda qalib gələndə hamı sənin gücündən, uğurundan danışır. Qol vura bilməyəndə isə fikirlər fərqli olur”.

“Sizin ümidiniz “Atletiko”nun “Roma”dan və “Çelsi”dən xal almasına qalıb?” sualına cavabında D.Simeone bildirib: “Məqsədimiz “Roma”ya qalib gəlməkdir. Təki bəxtimiz də gətirsin”.

Mütəxəssis növbəti mərhələyə keçə bilməmək barədə düşünmədiyini deyib.

Etikxeber.az

Read Previous

“Qarabağ”dan QƏLƏBƏYƏ BƏRABƏR HEÇ-HECƏ – 1:1 YENİLƏNİB (3)

Read Next

Çempionlar Liqası: “PSJ”nin böyükhesablı qələbəsi, “Barselona”dan qolsuz heç-heçə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir