Futbolçuların xatirəsi Azərbaycanda da bir dəqiqəlik sükutla anılacaq

Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların xatirəsi Azərbaycanda bir dəqiqəlik sükutla anılacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Qərar qurumun bayrağı altında təşkil edilən bütün yarışlarda qarşıdakı oyunlara şamil edilib. Bu isə o deməkdir ki, Azərbaycan kubokunun dekabrın 2-3-də keçiriləcək səkkizdəbir final oyunlarının hamısı bir dəqiqəlik sükutla başlayacaq.

Etikxeber.az

Read Previous

Alsu Leyla Əliyevanın sözlərinə yazılmış mahnı ifa etdi

Read Next

Prezident: “Müsəlmanların bir-birini qırmasına laqeyd baxa bilmərik” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir