“Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir…”-MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİLƏRİN DAHA 6 TANKININ MƏHV EDİLDİYİNİ, ƏLDƏ EDİLƏN ƏRAZİLƏRİN İTİRİLMƏDİYİNİ BƏYAN ETDİ – YENİLƏNİB – (2)

Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Etikxeber.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Qeyd edib ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.

***

“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib”.

Bunu da V. Dərgahlı deyib.

O, bildirib ki, Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir:

“Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır. Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir”.

09:34

***

“Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır. Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.

Bunu da öz növbəsində V. Dərgahlı bildirib.

09:42

***

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib.

Bu haqda da Müdafiə Nazirliyi məlumat yayıb.

Etikxeber.az

Read Previous

“Bizim hələ ermənilərə çox sürprizlərimiz olacaq…O zaman nə Paşinyan, nə də digərləri hakimyyətdə qala biləcək…”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

“Yuxarıda Rusiya, aşağıda İran, solda Ermənistan… Allah niyə bizə belə qonşular verib?!”-GÖRKƏMLİ ZİYALI FƏRHAD BƏDƏLBƏYLİ TAHİR SALAHOVU, RÜSTƏM İBRAHİMBƏYOVU SUSMAĞA ÇAĞIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir