Füzulidən, Cəbrayıldan, Hadrutdan tutmuş Qubadlıya, Şuşaya, Laçın dəhlizinəcən döyüş yolu keçmiş-“ŞUŞA” MEDALLI NEMƏT MÖVSÜMOV!

Daha bir İgidimiz…

Daha bir Qəhrəmanımız…

32 yaşlı, Gəncəli balası Mövsümov Nemət Faxrəddin oğlu…

1989-cu ilin martın 16-da Gəncə şəhərində anadan olan Nemət orta məktəbi bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra-ta ki, İkinci Vətən Müharibəsi başlayana kimi “molyar” (usta) işləyib, alın təri, əlinin zəhməti, halal qazancı ilə özünü, ailəsini dolandırıb…

İkinci Vətən Müharibəsi başlayan kimi, dərhal səfərbərlik xidmətinə yollanıb, müharibəyə, döyüşə getmək istədiyini bildirib…

İki dəfə “yox” cavabı veriblər, təkid, israr etdiyini görərək, artıq üçüncü dəfə ona “yox” deməyə bilməyiblər, cəbhəyə göndəriblər…

Füzulidən, Cəbrayıldan, Hadrutdan tutmuş Qubadlıya, Şuşaya, Laçın dəhlizinəcən də döyüş yolu keçib…

Ağır döyüşlərdə iştirak edib, vuruşub, döyüşüb, fərqlənib…

İgidliyinə, Qəhrəmanlığına görə də təqdir qazanıb, təltifləndirilib…

Ali Baş Komandan tərədindən “Şuşanın azad olunmasına görə” medalına layiq görülüb…

Haqqıdır, Haqqını da alıb…

İgidimiz, Qəhrəmanımız elə bugünlərdə də Ordudan tərxis olunub, sağ-salamat evinə, ailəsinə dönüb…

İgidimiz 3 gözəl övlad-qız atasıdır…

Xoşbəxt, bəxtli-taxtli olsunlar.

Nemət həm də yaxın qohumumuzdur…

Əmim qızı Rəsmiyyə və mamam oğlu Asifin kürəkənidir…

Hər ikisi də Nemət üçün çox narahat idilər, çox həyəcan keçirirdilər…

Şükürlər olsun ki, hər şey yaxşı qurtardı, artıq narahatlıq da, həyəcan da geridə qalıb…

İgidimiz evində, ailəsinin başındadır…

Zəfərimizə görə, digər Dastan yazan İgidlərimiz kimi, Nemətə də borcluyuq, minnətdarıq.

Fəxrimizdir!

Allah özünü də, ailəsini də qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhid olmamışdan beş-altı gün əvvəl anası ilə danışmış və demişdi ki, artıq ayağımız Kəlbəcər torpağındadır, iki postu almışıq…”-ŞƏHİD ATASI ƏMİRASTAN NAĞIYEV – SABAH ŞƏHİD VÜSAL NAĞIYEVİN 31 YAŞI TAMAM OLUR

Read Next

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov-HƏBS EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir