“Füzulinin, Xocavəndin, Cəbrayılın daha bir neçə kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad olunması Zəfər yürüşümüzün növbəti mərhələsidir və bu yürüş qəti Qələbimizəcən davam edəcək”-MİLLƏT VƏKİLİ

Mən ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı, illərdir bugünün həsrəti ilə yaşayan və öz dədə-baba yurdlarından qaçqın düşmüş vətəndaşlarımızı, cəbhədə hər qarış torpağımızın azadlığı uğrunda canından keçməyə hazır olan əsgər və zabitlərimizi, öz evlərində əsgər yolu gözləyən valideynləri bu zəfər günləri münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı və dövləti ötən 30 ilə yaxın müddətdə bir gün də olsun torpaqlarımızın azad olunacağına inamını itirməmişdi.

Bu gün qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti isə işğalçı dövlətin siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Qeyd etdiyiniz kimi, sentyabrın 27-də düşmən tərəf qoşunların təmas xəttində növbəti təxribata əl ataraq mövqelərimizi, o cümlədən də dinc əhalini, kəndlərimizi atəşə tutdu və buna cavab olaraq, Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edildi. Ötən günlər ərzində isə ordumuz döyüş meydanında nəyə qadir olduğunu nümayiş etdirərək düşmənə layiqli dərs verməkdədir. Məhz Silahlı Qüvvələrimizin uğurları Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində yeni bir mərhələ açıb – artıq nizamlama prosesində diktə edən tərəf Azərbaycandır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

“Mən bir məqama toxunmaq istərdim ki, istər regionda, istərsə də qlobal miqyasda hər zaman sülhün və inkişafın dəstəkçisi qismində çıxış edən Azərbaycan dövləti bu münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olub. Yerləşdiyi regionun əsas iqtisadi-siyasi aktoru və lider dövləti olan Azərbaycan istər hərbi müstəvidə, istərsə də iqtisadi platformada Ermənistandan dəfələrlərlə güclüdür və bu sirr deyil”-deyən millət vəkilinin sözlərinə görə, bununla belə, biz illərdir ki, bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə həllini tələb edirik.

“Bu faktın özü Azərbaycanın sülhpərvər olduğunu aşkar şəkildə ortaya qoyur. Sadəcə olaraq, Ermənistan dövlətinin və bu dövlətin başında dayananların son dövrlərdə ard-arda sərsəm bəyanatlarla çıxış etməsi, ölkəmizə qarşı işğalçı siyasəti davam etdirəcəkləri ilə bağlı militarist bəyanatlar münaqişənin danışıqlar massında həllinin mümkünsühz olduğunu tam şəkildə reallığa çevirdi. Bu ilin iyul və avqust aylarında istər dövlət sərhədimizdə, istərsə də təmas xəttində düşmən tərəfindən törədilən hərbi təxribatlar Azərbaycana qarşı aparılan təcavüzkar siyasətin yenidən aktiv fazaya keçirilməsinə heçsablanmışdı. Bunun qarşılığında sentyabrın 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan bir sıra ərazilərimiz azad olundu.

Bu gün Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yeni tarixinin ən şərəfli səhifələrni yazmaqdadır. İnanırıq ki, ötən illər ərzində öz iqtisadi, hərbi potensialını artıran, böyük bir inkişaf yolu keçən Azərbaycan dövləti qısa zamanda öz ərazi bütövlüyünü təmin edəcək, Dağlıq Qarabağ və digər rayonlarımız azadlığa qovuşacaq. Yeri gəlimşkən, dünən Füzilinin, Xocavəndin, Cəbrayılın daha bir neçə bölgəsinin, o cümlədən, Zəngilan rayonunun bir neçə kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad olunması, “Vəng” kəndinin “Çinarlı” adlandırılması Ali Baş Komandanın, Azərbaycan Ordusunun öz qərarında nə qədər ardıcıl, qətiyyətli və əzmli olduğunu bir daha göstərdi və bu Zəfər yürüşü sonacan, qəti Qələbəmizəcən davam edəcək. Ölkə Prezidentinin Azərbaycan xalqına dünənki tarixi müraciətində də deyildiyi kimi, düşmənə layiqli cavab veririk, düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda UEFA bayrağı altında oyunların keçirilməsinə-QADAĞA QOYULDU…

Read Next

“Gəncəyə edilən bu hücumlar ermənilərin mənfur xislətini, insani hisslərdən tamilə məhrum olduqlarını göstərir… Bu, həm də ağır hərbi cinayətdir…”-YAP-ÇILAR, DEPUTATLAR ERMƏNİ VANDALİZMİNƏ MƏRUZ QALMIŞ GƏNCƏYƏ VƏ GƏNCƏLİLƏRƏ BAŞ ÇƏKDİLƏR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir