Gədəbəydə polislərin gözyaşardıcı qaz tətbiq etməsi ilə bağlı xidməti yoxlama aparılır-DİN

Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

Etikxeber.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.

Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.

Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Etikxeber.az

Read Previous

Aprel döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçılarından olan Şəhid Orxan Rəhimlinin Cənnətdəki ikinci doğum günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Çox istərdim ki, gec də olsa, Qazilik Haqqımı, əlillik dərəcəmi alım…”-QAZİLİK HAQQI HƏLƏ DƏ TANINMAYAN, ÖZÜ VƏ HƏR İKİ QARDAŞI İKİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇISI OLAN ÜÇ MEDALLI TURQUT AQİL OĞLU NAĞIYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir