Gədəbəydə qar uçqununa düşən iki əsgərin nəşləri aşkar edildi-BİRGƏ MƏLUMAT

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilib.

Etikxeber.az

Read Previous

Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevə təbrik məktubu-ÜNVANLADI

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri-Samuxlu Rəşid Abdullayev, Bakılı Murad Qurbanov, Qubalı Miqdad Abduləlimov-SABAH HƏR ÜÇ ŞƏHİDİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir