“Gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir”-MİLLƏT VƏKİLİ

Bu gün dünyada baş verən sosial-iqtisadi kataklizmlər kontekstində dövlətlərin sosial siyasəti və sosial təşəbbüsləri bir növ sınaq mərhələsindən keçir. Ayrı–ayrı ölkələrin fərqli təcrübələri yaranır. Ancaq heç də bunların hamısı uğurlu təcrübə hesab edilmir. Bu baxımdan, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət ən nümunəvi təcrübə və təşəbbüslərdən hesab edilə bilər.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Hikmət Babaoğlu deyib.

H. Babaoğlu bildirib ki, bu siyasətin başlıca istiqamətini isə Azərbaycan Prezidenti İlham Əliyevin “bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipi təşkil edir:

“Ona görə də Azərbaycanda əhalinin sosial rifahın yaxşılaşdırılması, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə edilməsi istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb. İcra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.

Bu baxımdan, DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Elə yeni açılan 3 saylı DOST mərkəzi də paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərməklə vətəndaş məmnunluğunu artıracaq, sosial siyasətin həyata keçirilməsini asanlaşdıraraq innovativ mexanizm rolunu oynayacaq. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək. Göründüyü kimi, bu mərkəzlərin sosial xidmət funksiyaları ilə yanaşı, digər əhəmiyyətli istiqamətləri də var ki, bunlar da özlüyündə həmin mərkəzlərin iş yeri rolunu oyanması, könüllülük prinsipi əsasında kadr hazırlığı funksiyasını da yerinə yetirə bilməsidir”-deyən millət vəkili bildirib ki, bu kadrların əksəriyyətini isə gənclər təşkil edir:

“Çünki gəclər yeni texnologiyaların idarə olunması peşəkarlıqlarına sahib olmaqla yanaşı, həm də yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır. Bu faktor da ölkəmizdə həyata keçirilən islahatlar kontekstində yüksək qiymətləndirilir. Prezident İlham Əliyev məhz bu məsələlərə diqqət çəkərək bildirdi ki, bu gün bizim gənclərimiz bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. Eyni zamanda, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Millət vəkilinin sözlərinə görə, göründüyü kimi, yeni DOST mərkəzinin açılması təkcə sosial xidmətlər həyata keçirən qurumun açılışı deyil, eyni zamanda, ölkəmizdə həyata keçirilən islahatlar kontekstində gənc peşəkarların idarəetməyə cəlb edilməsidir. \

“Nəzərə almaq lazımdır ki, bundan sonra da istər Bakıda, istərsə də regionlarımızda yeni belə xidmət mərkəzlərinin açılması nəzərdə tutulur ki, bu da miqyası daha da genişləndirəcək” – deyə, H.Babaoğlu vurğulayıb.

Etikxeber.az

Read Previous

“Mançester Siti” “Milan”ın futbolçusunu transfer etmək-İSTƏYİR

Read Next

Tahir Mirkişilinin “komitəsi”-İKİ SAZİŞ VƏ BİR QANUN LAYİHƏSİNİ MÜZAKİRƏ VƏ TÖVSİYƏ ETDİ…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir