“Gələcəkdə deputat könüllülərinin içərisindən bir çoxunu seçərək, onları işlə təmin olunmaları üçün dövlət orqanlarına təqdim edə bilərik”- ADİL ƏLİYEV DEPUTAT KÖNÜLLÜLƏRİNİN SEÇİLMƏSİ TƏKLİFİNİN DEPUTAT MÜŞFİQ CƏFƏROV TƏRƏFİNDƏN İRƏLİ SÜRÜLDÜYÜNÜ DEDİ… – YENİLƏNİB – (1)

Parlament, ilkin olaraq Gənclər və idman komitəsi tərəfindən “Deputat könüllüləri” layihəsinin icrası, hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi nəzərdə tutulur.

Bununla yanaşı, parlament könüllülərinin yaradılması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi qərarlaşdırılır.

Etikxeber.az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri, vitse-spiker Adil Əliyev adıçəkilən komitənin parlamentin payız sessiyası ilə bağlı ilk iclasında bildirib.

Komitə sədri deputat könüllülərinin seçilməsi məsələsinin millət vəkili Müşfiq Cəfərovun təklifi ilə gündəmə gədiyini deyib.

Qeyd edib ki, bu il Azərbaycanda “Könüllülər İli” olduğu üçün millət vəkili belə bir təkliflə çıxış edib və onun bu təklif müsbət qarşılanıb.

A. Əliyevin sözlərinə görə, ilkin olaraq, deputat könüllülərinin seçilməsi, parlament könüllülərinin yaradılması məsələsi Gənclər və idman komitəsinin üzvləri tərəfindən reallaşdırlacaq.

“Millət vəkillərinin yerlərdə könüllülərinin olması, hər bir deputatın ən az 3-5 könüllünü seçməsi çox müsbət hal olardı. Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb olunması çox vacibdir. Biz hələlik bu məsələyə komitə üzvlərindən başlanmasını nəzərdə tuturuq, sonra isə bütövlükdə deputatların könüllülər seçməsi, parlament könüllülərinin yaradılması, parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi məsələsi planlaşdırılır. Ümumiyyətlə, həmin könüllülərin içərisindən ən peşəkarlarını, ən istedadlılarını dövlət orqanlarında işləmələri üçün təklif edə bilərik. Çünki deputatların yerlərdə işə ehtiyacı olan insanları, xüsusilə, gəncləri işlə təmin etmək imkanları çox azdır. Ona görə deputat könüllülərinin içərisindən bir çoxunu seçərək, onları işlə təmin olunmaları üçün dövlər orqanlarına təqdim edə bilərik. Bu, mümkün məsələdir ”-deyə, A. Əliyev əlavə edib.

***

Millət vəkili M. Cəfərov da öz növbəsində həm parlamentə, həm də komitə sədrinə təklifinin müsbət qarşılanması görə, minnətdarlığını ifadə edib.

“Təklifimin müsbər qarşılanması məni çox sevindirdi. Çünki doğrudan da, deputat könüllülərinin olması, seçilməsi çox vacidir. Bunun hesab edirəm ki, ümumilikdə ölkəmizin inkişafına müsbət təsiri ola bilər və olacaq”-deyə, o, əlavə edib.

12:20

***

“Şəxsən mən də bir millət vəkili, eləcə də, Gənclər və idman komitəsinin üzvü olaraq, deputat könüllülərinin seçilməsi, parlament könüllülərinin yaradılması təklifini, məsələsini çox müsbət qarşılayıram. Hesab edirəm ki, vaxtında, zamanında ortaya atılmış, gündəmə gətirilmiş məsələdir, təklifdir. Çox müsbət haldır ki, bu təklif, bu məsələ komitəmizin payız sessiyası ilə bağlı işlər planında da əksini tapıb və komitəmizin bugünkü iclasında da hər kəs tərəfindən razılıqla qarşılanıb”.

Bunu isə saytımıza açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, parlament könüllülərinin yaradılması, deputat könüllülərinin seçilməsi və təqdim edilməsi bütövlükdə ölkəmizin, dövlətimizin, cəmiyyətimizin xeyrinə olan, onun inkişafına xidmət edən bir məsələdir.

“Bu gün hər bir kəs vətəninə, dövlətinə xidmət etməli, onun üçün çalışmalıdır. Bu məsələdə seyrçi mövqe, kənarda durma olmamalıdır, hər kəs vətən, dövlət naminə əlini daşın altına qoymalıdır. Xüsusilə, gənclərimiz bu məsələdə fəal, öndə olmalı, onlara geniş meydan və dəstək verilməlidir. Elə hesab edirəm ki, deputat könüllülərinin seçilməsi bu istiqamətdə atılan önəmli addımlardan biri olardı və olacaq. Odur ki, bu məsələni tam mənada dəstəkləyir və müsbət hesab edirəm”-deyə, E. Səlimov sonda bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sevinc Hüseynova İdman Fondunun bərpası-BƏDƏN TƏRBİYƏSİ İLƏ BAĞLI MÖVCUD QANUNUN DƏYİŞDİRİLMƏSİ, YENİLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNİ QALDIRDI…

Read Next

Daha bir Şəhid verdik-MÜDAFİƏ VƏ XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ BƏYANAT YAYDI…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir