“Gələn il nəhayət, Rəqabət Məcəlləsinin qəbulu gözlənilir…” – VAHİD ƏHMƏDOV

“Ölkədə bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin yaradılması və formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbulu vacibdir və qaçılmazdır. Bu gün belə bir məcələyə zəruri, hava-su kimi ehtiyac var”.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, sabiq birinci vitse-premyer Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, lakin çox təəssüflər olsun ki, Rəcabət Məcəlləsinin qəbulu illərdir yubanır, ləngidilir.

vahid-1

“Bildiyiniz kimi, Rəqabət Məcəlləsi 3-cü çağırış Milli Məclisin  plenar iclasının müzakirəsinə çıxarılaraq, birinci oxunuşdan keçirilmişdi. Çox təəssüflər olsun ki, üstündən az qala 10 il keçir, ancaq məcəllənin növbəti oxunuşların müzakirəsinə çıxarılması və bütövlükdə qəbulu lıngidilir, uzadılır. Bununla da bağlı həm mən, həm həmkarı Əli Məsimli dəfələrlə məsələ qaldırmışıq. İstər parlamentin plenar, istərsə də üzvü olduğum komitənin iclaslarında bu məsələni  bir neçə dəfə gündəmə gətirmiş, onun qəbulunun vacibliyini söyləmiş, ümumiyyətlə, məcəllənin qəbuluna maneçilik törədilməsinə, bunda maraqlı olan şəxslərə öz kəskin etirazımızı bildirmik. Lakin əfsuslar olsun ki, məcəllənin müzakirələrə çıxarılması və qəbulu hələ də mümkün olmayıb.

Bununla belə, sevindirici haldır ki, Rəqabət Məcəlləsinin qəbulu məsələsi 2016-cı ildə ölkə Prezidenti tərəfindən ortaya qoyulmuş “Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Amma orada bu məcəllənin  2017-2021-ci illər arasında qəbulu vurğulanıb.  2017-ci il başa çatır və bu baxımdan, Rəqabət Məcəlləsinin qəbulu artıq bu il  mümkün deyil. Ancaq mənə daxil olan məlumata görə, 2018-ci ildə nəhayət, Rəcabət Məcəlləsinin parlamentin plenar iclasına çıxarılaraq, qəbulu nəzərdə tutulur. Mən özüm də müəyyən şəxslərlə, orqanlarla bu barədə danışmışam, Məcəllənin 2021-ci ilə qədər deyil, elə 2018-ci ildə qəbul olunmasının vacibliyini söyləmişəm. Mənə də bildirilib ki, gələn il artıq adıçəkilən məcəllənin qəbulu tam başa çatacaq.

vahid_hmdov

Bir daha qeyd edirəm ki, belə bir məcəlllənin qəbulu olduqca vacibdir. Ölkə Prezidentin cənab İlham Əliyevin göstərişi və tapşırığı ilə ölkədə inhisarçılıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılsa da, müəyyən müsbət nəticələr əldə edilsə də, hələ də bəzi sahələrdə monopoliya, inhisarçılıq elementləri qalmaqda, ölkədə bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına, azad rəqabət mühitinin yaranmasına mane olmaqdadır. Bu baxımdan da, Rəcabət Məcəlləsin qəbulu zəruri, qaçılmaz və nəhayət, 2018-ci ildə yekunlaşdırılması gözləniləndir”-deyə, V. Əhmədov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Fərhad Bədəlbəylinin 70 illik yubileyi geniş konsert proqramı ilə qeyd olundu – FOTO

Read Next

Dünyamin Xəlilovun cəzası 3 ay azaldıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir