Gələn il Polşa Prezidentinin ölkəmizə səfəri gözlənilir – NAZİR – FOTO

Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir. Bu il Azərbaycan ilə Polşa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Ötən 25 il ərzində gözəl münasibətlər qurmuşuq. Azərbaycan təhlükəsizliyinə, sabitliyinə görə polşalı turistlər üçün maraqlı ölkədir. Biz Şərq Tərəfdaşlığı çərçivəsində yaxından əməkdaşlıq edirik. Ölkələrimiz regionda sülh və təhlükəsizlik adasıdır.

Etikxeber.az  xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Vitold Vaşçikovski azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

E. Məmmədyarov  isə görüşdə deyib ki, Polşa Dağlıq Qarabağ münaqişəsi məsələsində birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Nazir vurğulayıb ki, iqtisadi sahədə əlaqələrimiz inkişaf edir. Gələn il Polşa Prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu səfər zamanı bir sıra sənədlərə baxılacaq.

E.Məmmədyarov qeyd edib ki, Polşa və Azərbaycan arasında çox qədim əlaqələr var. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edirlər.

Etikxeber.az

Read Previous

Prezident Polşanın xarici işlər nazirini qəbul etdi – FOTO

Read Next

Şaitdin Əliyev və Nizami Nadirov II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir