Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gələin ilin əvvəllərində 5-ci çağırış parlament buraxıla və növbədənkənar 6-cı çağırış seçkilərə gedilə bilər. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının hazırda davam edən iclasında da seçkilərə yönəlik mesaj verilib. Odur ki, gələn ilin yazında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilən və mümkündür.
Bu haqda Etikxeber.az-a adının çəkilməsini istəməyən tanınmış və partiyanın rəhbər orqanlarından birindən təmsil olunan YAP üzvlərindən biri məlumat verib.
O, qeyd edib ki, bütün məqamlar Siyasi Şuranın, İdarə Heyətinin və YAP-çı deputatların iclasından sonra Sədr müavini Əli Əhmədovun keçirəcəyi mətbuat konfransında dilə gətiriləcək.
***
Son məlumata görə, YAP Siyasi Şurası parlamentin buraxılması təşəbbüsünü bəyənib.
Etikxeber.az