“Gəlin bu adət və vərdişlərimizdən uzaq duraq, heç olmasa, yaxşı günlərə qədər…”-MAYİS SƏFƏRLİ YAZIR

Görüşərkən insanlar bir-birlərinə xeyir,sağlamlıq,uğur və s. diləyirlər.

Bu, dünyanın bütün ölkələrində belədir. Demək olar ki, hər bir xalqın öz salamlaşma xitabı vardır: ” Hər vaxtınız xeyir olsun “,” Salam əleyküm “,”Merhaba”, “Здравствуйт “,” Hello”, “Gamarjoba” və s.

Lakin görüşmə etiketi zahirən müxtəlif xalqlarda müxtəlif və fərqli olur. Məsələn,bizdə kişilər çox enerjili tərzdə bir-birlərinin əllərini sıxır, əgər qohum, yaxud dostdurlarsa, möhkəm qucaqlaşır, hətta, öpüşürlər.

Qadınlarımızın isə bir-birlərinə sarılması adətdir. İngilislər toxunma təmaslarını (qucaqlaşma, öpüşmə) sevməsələr də,onlarda da qısa əl tutması mövcuddur. ABŞ-da insanlar bir-birlərinə əl verir.

Bəzən gənc amerikalılar qucaqlaşır, əllərini bir-birlərinin kürəklərinə vururlar. Tibetdə isə adamlar görüş zamanı papaqlarını sağ əllərinə alır,sol əllərini qulaqlarının üzərinə qoyub,dillərini çıxarırlar.

Cənubi Amerikada da insanlar xüsusi emosionallıqla qucaqlaşır, bir-birlərinə sarılırlar …

Sözümün canı var. Bu gün başımızın üstünü koronovirus adlı bir təhlükə kəsdirib. Onun ucbatından bütün bəşəriyyətin həyatı alt-üst olub.

Aylardır ki, sərt karantin rejimində yaşayırıq. Bu təcrid həyatı da bizə başqa fəsadlar gətirir.

Həmin səbəbdən sabahdan – mayın 18 – dən ölkəmizdə karantin qaydaları xeyli yumşaldılır. Artıq Avropada, Amerikada da belə yumşalmalar tətbiq edilir.

Bu əsla qorxulu virusun arxada qaldığı demək deyil.

İnfeksiyanı təmamilə məhv etmək üçün xeyli vaxt lazım gələcək.

Başlıcası, effektiv vaksin tapılana qədər, biz virusla birlikdə yaşamağa məcburuq.

Deməli, koronovirusa yoluxmamaq üçün bir çox şərtlər bizim özümüzdən asılıdır. Bunlar elə də çətin vəzifələr deyil:

Sosial məsuliyyət, sosial məsafə, gigiyena . Elə buradaca da qayıdıram yuxarıdakı salamlaşmaq məsələsinə.

Bütün həkimlər, alimlər, ekspertlər dönə-dönə bizi xəbərdar edirlər ki, görüşərkən sıx təmaslar,sarılmalar və s.bu xəstəliyə yoluxma ehtimalını xeyli artırır. Gəlin, bu adət və vərdişlərimizdən uzaq duraq, heç olmasa, yaxşı günlərə qədər.

Görüşərkən yaxşı olar ki, bir – birimizə “Könül Salamı” verək. Bundan ötrü əlimizi ürəyimizin üstünə qoyub,qarşılıqlı gülümsəyək.

Hamınıza KÖNÜL SALAMI yetirirəm.

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“Nə edəcəyik? Barışacağıqmı?! Barışmamalıyıq!!!”-GÜLTƏKİN HACIBƏYLİ YAZDI

Read Next

Koronavirus daha 3 can aldı-136 YENİ YOLUXMA QEYDƏ ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir