Gəlin səhv etməyək! – PAİ-NİN PREZİDENTİ

Yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq?!

Azərbaycan gənclərin inkişafı üçün bu günün çağırışlarını yerinə yetirir. Azərbaycan hökuməti bu çağırışları praktik həyata keçirmək üçün gənclərə çox gözəl şərait yaradır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında  adıçəkilən qurumun prezidenti Qabriela Kuevas Barron bildirib.

Onun sözlərinə görə, bu gün öhdəliklər haqda da düşünmək lazımdır:

“Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlin dəyişikliyi sahəsində istlik 1.5 dərəcə artıb. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təhdidlərə hazır olmalıyıq”.

PAİ-nin prezidenti söyləyib ki, 7 nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik:

“7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır”.

Qabriela Kuevas Barron qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır:

“Gənc siysətçilərə bu sahədə arxalanır və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısınız. Bugünkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq. Onların səlahiyyətlərndirilməsi çox vacibdir. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməldir. Biz onları dəstəkləməliyik. Təhsil, elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalyııq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir”.

O, həmçinin deyib ki, yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dünyada cavan deputatların sayı artıb – RƏSMİ

Read Next

Azərbaycanda əhalinin 60 faizi 30 yaşdan aşağıdır – AZAD RƏHİMOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir