“Gəncə Cavadxan kimilərin vətənidir…” – MİLLƏT VƏKİLLƏRİ – BAXIŞ(LAR)

Sabitliyi heç bir qüvvə poza bilməz

Millət vəkilləri hesab edirlər ki, Azərbaycan güclü dövlətdir və iqtidar-xalq birliyi ölkədə sabitliyin pozulmasına  heç zaman yol verməyəcək

“Müstəqil Azərbaycan  gündən-günə inkişaf edir, uğurları artır. Bunu isə müəyyən qüvvələrin  gözü götürmür. Onlar ölkəmizin sürətli inkişafına mane olmaq, sabitliyimizi pozmaq məqsədilə vaxtaşırı təxribatlara əl atırlar. İyulun 10-da Gəncədə baş vermiş qanlı hadisə radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu”.

gencede-aksiya-2-polis-yaralandi-25877

Bu fikirləri Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, təxribatların qarşısını almaq üçün hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öz xidməti vəzifələrini yerinə yetirən iki polis zabitimiz qəhrəmancasına şəhid olub. Onun fikrincə, Gəncədə baş verənlər bir daha təsdiq edir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurmasının yaranması müəyyən xarici qüvvələrin maraq dairəsindədir. “Lakin belə qüvvələr və onların əlaltıları bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və iqtidar-xalq birliyi ölkədə sabitliyin pozulmasına  heç zaman yol verməyəcək. Hüquq mühafizə orqanları dövlətin və xalqın iradəsinə uyğun olaraq Azərbaycanda sabitliyin qorunub saxlanması istiqamətində hər zaman qətiyyətli tədbirlər həyata keçirəcək” – deyə, deputat qeyd edib.

fazail-2

tahirrr

sevinc hus

Digər millət vəkili Fəzail İbrahimli də deyib ki, Gəncədə baş verən son hadisələr təbii olaraq bütün vətəndaşlarımızda narahatlıq doğurur:

“Amma hər zaman olduğu kimi cəmiyyətimiz baş verən prosesləri düzgün təhlil edir, dünyada gedən mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını alır”.

F.İbrahimli bildirib ki, Gəncə Azərbaycanın tarixində mühüm rol oynayan bir şəhərdir. Onun sözlərinə görə, şərəfli tarixi olan Gəncə adını daim qoruyan və xarici təcavüzkarlara qarşı mərdliklə döyüşən şəhər olub. Tarixə nəzər yetirsək görərik ki, Gəncə bütün varlığı ilə daim müstəqilliyi uğrunda mübarizə aparıb, qurbanlar, şəhidlər versə də, heç zaman qürurunu əyməyib:

“Vaxtilə Cavad xan düşmənə boyun əymədi. O, başqasının əsarəti altına girməmək üçün ölümü üstün tutdu. Gəncə Cavadxan kimilərin vətənidir. 1920-ci ildə Azərbaycan işğal olunduqda rus işğalına qarşı üsyan da məhz Gəncədə baş verib. O dövrdə 12 min insan canını qurban verdi. Bütün bunlar Azərbaycanın istiqlalı naminə baş verdi. Yəni, Gəncə tarixən böyük sınaqlardan keçib. Bir neçə gün öncə baş verənlər də bu sınaqlardan biri idi. Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlər tərəfindən iğtişaş yaratmaq cəhdinə qarşı həmvətənlərimiz öz mübarizə əzmini nümayiş etdirdilər. Hadisələr nəticəsində iki polis əməkdaşı şəhid oldu. Bu hadisələri törədənlər tezliklə cəzalarını alacaqlar. Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz. Çünki, dövlətimiz bu sabitliyi əldə etmək üçün çox böyük sınaqlardan keçib. Xalqımız müstəqil Azərbaycanda mövcud olan bu dəyərlərin qorunması naminə o qədər güclü birləşib ki, bu birliyi heç bir vəchlə ayırmaq mümkün deyil”.

Millət vəkili Sevinc Hüseynova da öz növbəsində  hesab edir ki, Gəncədə baş verən son hadisə yolverilməzdir:

“Xalqımıza, sabitliyi, sosial-iqtisadi inkişafı, zəngin dəyərləri ilə dünyada tanınan dövlətimizə xələl gətirməyə yönəlmiş belə cəhdlərin qarşısı mütləq alınmalıdır”. S.Hüseynova bildirib ki, bu hadisə ölkəmizdə sabitliyi pozmaq cəhdi idi. Onun fikrincə, Gəncədə baş verənlər dövlətimizə qarşı təxribatdır: “Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu mütəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, güclənir. Azərbaycanın nailiyyətləri artır, beynəlxalq müstəvidə nüfuzu yüksəlir. Eləcə də, xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayır. Bunu isə bəzi dairələr həzm edə bilmirlər. Ancaq həmin dairələr anlamalıdır ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki Azərbaycan deyil. İndi güclü dövlətimiz var, ölkəmizdə sarsılmaz vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur. Ona görə də, heç vaxt pozucu qüvvələr öz məkrli məqsədlərinə nail ola bilməyəcəklər”.

Etikxeber.az

 

 

Read Previous

Həmişə ağalara daha “yaxşı” təkliflər verən tapılacaq – QÜDRƏT HƏSƏNQULİYEV

Read Next

Prezident qəzetlərə maliyyə yardımı ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir