Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gəncə Dövlət Kukla Teatrı özünün 31-ci teatr mövsümünü Sahib İbrahimlinin “Səlim və sehrbaz” tamaşası ilə açıb.
Mədəniyyət və Turizm Nazirliyindən Etikxeber.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar Artist Fərmail Paşayev, quruluşçu rəssamı Sara Məmmədovadır.
Əsas rollarda gənc aktrisa Nərmin Şərifova, Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, aktyorlar Elmar Vəliyev, Nahidə Namazova, Yeganə Məmmədova, Səməd Xanəhmədov çıxış ediblər.
Tamaşa 3-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Etikxeber.az