Gəncəli Şəhid anaları Səbinə Yusubova və Ulduz Mustafayevaya-“VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU – FOTOLAR – YENİLƏNİB

Bu gün-27 iyun tarixində daha iki Şəhid anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Etikxeber.az xəbər verir ki, Gəncəli İkinci Vətən Müharibəsi Şəhidləri-Orxan Allahverdi oğlu Yusubovun anası Səbinə Yusubova Elvin Faxrəddin oğlu Mustafayevin anası Ulduz Mustafayevaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Şəhid analarına medal və vəsiqəni “Vətən Naminə” təşkilatının üzvü, jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Hər iki Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 19 yanvar 1992-ci il təvəllüdlü Orxan Yusubov 2020-ci ilin sentyabrın 30-da Murovdağda Şəhidlik məqamına ucalıb, ancaq nəşi uzun müddətdən sonra, 4 iyun 2021-ci tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

14 mart 1992-ci il təvəllüdlü Elvin Mustafayev isə 2020-ci ilin oktyabrın 2-də Kəlbəcər istiqamətində Şəhidlik zirvəsinə ucalıb və nəşi uzun müddətdən sonra, Orxan Yusubovla eyni tarixdə- 2021-ci ilin 4 iyun tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Orxan Yusubov subay, Elvin Mustafayev isə ailəli, üç övlad atası olub.

Orxan Yusubov İkinci Vətən Müharibəsində könüllü kimi, Elvin Mustafayev isə MAXE kimi iştirak edib.

14:24

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

XİN Ceyhun Bayramovla Blinken arasında görüş barədə-MƏLUMAT YAYDI – FOTO

Read Next

İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkə hesablarında-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir