“Gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”-FATMA YILDIRIM

Ümumbəşəri əhəmiyyətə malik olan Ramazan bayramı insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir. Tarixən milli-mənəvi dəyərlərə, adət-ənənələrinə sadiqliyini nümayiş etdirən xalqımız üçün bu əlamətdar günün qeyd edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz!” Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, biz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalı, saxlamalı və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

Etikxeber.az xəbər verir ki, bu, millət vəkili Fatma Yıldırımın Ramazan bayramı ilə bağlı təbrikində əksini tapıb.

“Ümummilli liderimiz rəhbərlik etdiyi dövrlərdə hər zaman milli-mənəvi dəyərlərimizin qorunmasına çalışmış, bu sahədə çoxsaylı əhəmiyyətli işlərə imza atmışdır. Ölkəmizdə dini etiqat azadlığının təmin edilməsinin, islam mədəniyyəti nümunələri olan məscidlərin, ziyarətgahların bərpası ilə bağlı görülən tədbirlərin arxasında məhz müqəddəs dəyərlərə sədaqəti ilə seçilən dahi Heydər Əliyev şəxsiyyəti dayanır. Ümummilli liderimizin əsasını qoyduğu bu möhkəm təməl üzərində multikulturalizm siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmiz multikultural mühit və tolerantlıq ənənələri ilə dünyaya örnək olan dövlətlərdən birinə çevrilmişdir”-deyən millət vəkilinin sözlərinə görə, bunun nəticəsidir ki, ölkəmizdə bütün dini mərasimlər, o cümlədən xeyirxahlıq, humanizm, birlik, bərabərliyin təcəssümü olan müqəddəs Ramazan bayramı hər il dövlət səviyyəsində qeyd edilir:

“Bu əziz gündə müstəqilliyimizin daha da möhkəmlənməsini, dövlət başçımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunmasını, qaçqınlarımız və köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını arzulayıram!Hər birinizə möhkəm cansaglığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət, işlərinizdə müvəffəqiyyətlər diləyirəm!Tanrı Azərbaycanı qorusun!”

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı Azərbaycan xalqını-TƏBRİK ETDİ

Read Next

Ermənistanın Şuşa təxribatına Türkiyədən-RƏSMİ MÖVQE – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir