Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-21 iyun 2024-cü il tarixində “Misra” Book Cafe”də “Mən Şəhidəm” kitabının təqdimatı və “Laboratory of Art”-ın dörd illik hesabat tədbiri keçirilib.
Qeyd edək ki, “Mən Şəhidəm” kitabının müəllifi hər zaman Şəhid ailələrinin yanında olan gənc və istedadlı şair Araz Məmmədovdur.
Etikxeber.az xəbər verir ki, saat 13:00-da baş tutan tədbirdə sözügedən kitabın müəllifi Araz Məmmədov, gənc və tanınmış ziyalı Fərid Nəsibzadə başda olmaqla, “Laboratory of Art”-ın kollektivi, o cümlədən, İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək, subay və ali təhsilli oğlu Cəmil Məmmədlinin ailə üzvləri, şeir və ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxışlar başlayıb.
İlk çıxışa başlayan Fərid Nəsibzadə tədbir iştirakçılarına və adıçəkilən kitabın müəllifi Araz Məmmədova öz minnətdarlığını ifadə edib.
Qeyd edib ki, “Mən Şəhidəm” kitabında onlarla şeir var, ancaq müəllif kitabını Şəhid Cəmil Məmmədlinin və cəmi Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq, “Mən Şəhidəm” adlandırıb.
“Həmin şeir Vətən torpaqları uğurunda qəhrəmancasına Şəhid olan Cəmil qardaşımızın, Cəmil Məmmədlinin timsalında cəmi Şəhidlərimizin xatirəsinə həsr, ithaf edilib. Və kitab da məhz həmin şeirlə adlandırılıb”-deyə, o, əlavə edib.
Sonra sözügedən kitabın müəllifi Araz Məmmədov danışıb.
Bildirib ki, müəllifi olduğu kitabı “Mən Şəhidəm” adlandırması Cəmil Məmmədli də daxil olmaqla, cəmi Şəhidlərimin ruhuna, xatirəsinə ehtiramdan, onlar qarşısında vicdan, şəfa borcundan irəli gəlir.
Tədbirdə iştirak edən Şəhid Cəmil Məmmədlinin bacısı Aybəniz xanım isə öz növbəsində ailəsi, valideynləri-Aygün və Habil Məmmədovların adından Araz Məmmədova və tədbirinin təşkilatçılarına, iştirakçılarına minnətdarlığını ifadə edib.
Daha sonra digər tədbir iştirakçılar çıxış edib, müəllifə, “Laboratory of Art” kollektivinə uğurlar arzulayıb, eləcə də cəmi Şəhidlərimizlə Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.
***
FOTOLAR:









***







14:25, 21 iyul 2024-cü il
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az