Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı tamaşanın son hazırlıq prosesi yekunlaşmaq üzrədir.
Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazımov, Nofəl Vəliyev, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova və başqaları canlandıracaqlar.
Ümumilikdə məhəbbət dastanında kollektivin 50-dən artıq aktyoru rol alıb.
Etikxeber.az