Ramazan bayramında üç Səbailli Şəhid ailəsi-YUSİF BUDAQOV, BİLAL QƏNBƏROV VƏ VÜSAL HƏSƏNOVUN AİLƏLƏRİ ZİYARƏT EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Daha bir müqəddəs, on bir ayın sultanı olan Ramazan ayı-Ramazan bayramı tarixə qovuşmaq, geridə qalmaq üzrədir.

Bu ayda, bu bayramda onun hikmətindən irəli gələrək hamı bir-biri ilə hal-əhvallaşır, bayramlaşır, hətta küsülülər, inciklilər belə barışır.

Bu il də Ramazan bayramı ilə əlaqədar daha bir necə Şəhid ailəsində olduq, daha bir neçə Şəhid ailəsini zirarət etdik.

Bu gün səhər saatlarından etibarən yenə-növbəti dəfə “Laboratory of Art” Sosial Platformasının təşəbbüsü ilə dəyərli gənc, vətənpərvər ziyalılar Fərid Nəsibzadə, Araz MəmmədovAnar Namazovla birlikdə Bakılı, Səbailli Şəhid ailələri, Şəhid anaları ilə bir araya gəldik.

Öncə Səbailli Şəhidlərimizdən evin-ailənin tək övladı, atasını Şəhadətindən bir il öncə itirən Yusif Budaqovun Jurnalistlər binası-2-də yaşayan tək-tənha anası Lətafət xanımı, Lətafət Budaqovanı ziyarət etdik.

Onu həm özümüzün, həm də Şəhidimizin adından Ramazan bayramı münasibəti ilə təbrik etdik.

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik, Lətafət xanıma Allahdan səbr və dözüm dilədik.

Şəhidimizin müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik.

Təxminən bir saata çəkən ziyarətimiz zamanı Şəhidimizin anası ilə söhbətləşdik, Yusif Budaqovun həyat və döyüş yoluna nəzər saldıq.

Qeyd edək ki, Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayının 27-də) həlak olan Şəhidimizin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib.

Oktyabrın 31-də isə Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.

Yusif Budaqovun anası Lətafət xanımı ziyarətimizdən sonra daha bir Səbailli İkinci Vətən Müharibəsi Şəhidimiz, evin-ailənin tək oğlu, üç bacının tək qardaşı, bir qız övladı Vətən əmanət qalan Bilal Xanlar oğlu Qənbərovun ocağına baş çəkdik.

Şəhidimizin “20-ci sahə” adlanan ərazidə yaşayan valideynləri-anası Gültəkin xanım, atası Xanlar kişi və Bilal Qənbərovun yaxınları, doğmaları ilə görüşdük, bayramlaşdıq.

Onlara da Allahdan səbr və dözüm dilədik, onlar da “Şəhidimizin məqamı Ucalardan-uca, dərgahı mübarək olsun!”-dedik.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayının 29-da 27 yaşı tamam olan gün Vətənin müdafiəsinə yollanan Bilal Qəbərov noyabr ayının 3-də Şuşa uğrunda döyüşlər zamanı Şəhidlik məqamına ucalıb və nəşi bir gün sonra Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Bir saata yaxın çəkən ziyarətimizin sonunda Bilal Qənbərovun ailəsi-valideynləri ilə sağollaşıb Səbailli Şəhidlərimizdən olan Vüsal Həsənovun ocağına üz tutduq.

Şəhidimizin dörd övladından üçünü və həyat yoldaşını itirmiş anası Mərifət xanımla və tək qardaşı Nuran Həsənovla görüşdük.

Söhbətləşdik, hal-əhvallaşdıq, bayram təbriklərimizi çatdırdıq.

Bayramlarımızı daha çox qeyd etməyə onların-Şəhid ailələrinin, Şəhid analarının Haqqı olduğunu dilə gətirdik.

İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayında Füzuli istiqamətində Şəhidlik məqamına ucalan Vüsal Həşənovun nəşi uzun müddət sonra, dekabr ayının 3-də Şabran rayonun Zeyvə kənd qəbiristanlığında, atasının yanında dəfn edilib.

Hər üç ziyarətin sonunda Şəhidlərimizin ailələri Ramazan bayramı münasibəti ilə bir daha təbrik edildi, xatirə fotoları çəkdirildi, onlara Fərid Nəsibzadə və Araz Məmmədov tərəfindən bayram sovqatları təqdim olundu.

13:10

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu və yağmursuz olacaq-SABAH

Read Next

Daha 30 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir