Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Çalışacağıq ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan verək. 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı fondun icraçı direktoru Fərid Cəfərov deyib.
O, qeyd edib ki, ilk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq.
İclasda gənclərin suallarını cavablandıran F.Cəfərov valideynlərin adi bir məsələyə görə övladlarına təzyiq etdiklərini qeyd edib.
“Bura universitetə daxil olmamaq da aiddir. Hətta, bu, intihar səviyyəsinə qədər gətirib çıxarır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasının əsas təkanverici amillərindən biri o olub ki, gənclərə universitetə daha yaxşı hazırlaşmaq üçün dəstək verilsin”-deyə, F. Cəfərov sözlərinə əlavə edib.
F. Cəfərov Gənclər Fondunun həyata keçirdiyi layihələrin müsbət qarşılandığını vurğulayıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az