Gənclər siyasəti ilə bağlı qanun dəyişdirilir…

Sentyabrın 14-də Milli Məclisin (MM) Gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Ülvi Quliyev əvvəlcə MM-in 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışıb.

Bildirib ki, komitə bu müddət ərzində uğurlu fəaliyyət göstərib.

O,qeyd edib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib,bu iclaslarda 5 məsələyə baxılıb:

ulvi

“Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi kömək göstərilib. Hesabat dövründə komitəyə 65 vətəndaş müraciət edib, onlardan ikisi elektron müraciətdir. Bunlardan 35-nə nəzarətə alınmaqla baxılıb. Həmin müraciətlər müxtəlif mövzularda olub. Onlardan 42-si həll olunub. 45 müraciət baxılması üçün aidiyyəti təşkilatlara göndərilib”.

Sonra Ü. Quliyev payız sessiyası ərzində görüləcək işlərdən danışıb. Bildirib ki, qarşıdakı sessiyada “Gənclər siyasəti haqqında” qanuna edilməsi nəzərdə tutulan əsaslı əlavə və dəyişikliklər müzakirə olunacaq:

“Bundan başqa, Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlar hazırlanacaq. Həmçinin gənclər və idman sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsində komitənin fəal iştirakı təmin ediləcək”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Milli Məclisin xüsusi iclası ayın 21-də olacaq

Read Next

Qarabağ məsələsində hamının mövqeyi yekdildir – SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir