Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Gənclər hərakatının intibah dövrü
Dünən 2 fevral Gənclər Günü münasibətilə, Gülüstan sarayında ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə tanınan bir qrup Azərbaycan gənci müzəffər Ali Baş Kamandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin görüşü keçirilib.
Sözsüz ki, dövlətimizin başçısı ilə keçirilən belə bir görüş gənclər üçün ilk deyil.
Uzun illərdir keçirilən belə görüşlər artıq respublikamızda ənənə xarakterlidir.
Sadəcə, dünənki görüş mahyyət və zaman etibarı ilə tam fərqli idi. Öncə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra ilk dəfə idi ki, bütün sahələrdə təmsil olunan gənclərlə görüş keçirilirdi. Bu ali görüş çox səmimi bir ortamda keçirilirdi. Möhtərəm Prezidentimiz bu görüşdə öncə müstəqilliyimizin ilk illərindən bugünədək dövlətimizin keçdiyi yol və dövlət gənclər siyasətinim formalaşması tarixi və Ulu Öndərimizin bununla bağlı misilsiz xdmətlərini haqqında ətraflı məlumatları gənclərə çatdırdı.

Sonra iştirakçı gənclərə sərbəst olaraq, onları narahat edən və maraqlandıran sualları möhtərəm Prezidentimizə verməyə, öz fikirlərini bildirməyə şərait yaradıldı. Görüşü izləyən hər kəs gənclərin nə qədər sərbəst olmasını hiss edirdi. Qeyd etmək istərdim ki, Prezidentimiz gənclərlə görüşündə səsləndirdiyi fikirlər, eləcə də hər bir sualı cavablandırarkən ölkəmizin beynəlxalq münasibətlərin və daxili siyasətin strateji istiqamətləri haqqında əhəmiyyətli məlumatlar verdi.
Müzəffər Ali Baş Kamandan xalqımızın qazandığı tarixi zəfər və onun nəticələrinin dünyaya qəbul etdirilməsinin təkcə dövlətin vəzifəsi və məsuliyyəti kimi deyil, bütövlükdə cəmiyyətin mənəvi borcu olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev milli məfkurə, patriotizm, özünüdərk, vətənpərvərlik, vəhdət, vətəndaş həmrəyliyi kimi mənəvi dəyərlər üzərində xüsusi dayanaraq, əldə edilən uğurlarımızın təməlində məhz bu dəyərlərin dayandığını bildirdi.
Möhtərəm Prezidentimiz dövlətçilik institutunun da əsasında mənəvi dəyərlərin böyük əhməmiyyəti olduğunu qeyd etdi. O, qloballaşan dünyada, kürəsəl təhlükələrin oldən-ilə artdığı bir dövrdə millətimizin və mənsub olduğumuz dövlətimizin yaşaması və daima ayaqda qalması üçün milli-mənəvi dəyərlərin böyük əhəmiyyətini vurğuladı.Möhtərəm Prezidentimiz bu strateji məsələdə gənclərimizin harada çalışmasından asılı olaraq, gənclərin üzərində böyük məsuliyyət və vəzifə olduğunu bildirdi.

O, qeyd etdi ki, bugün dünyada bəzi hegemon qüvvələr başqa ölkələrin, xüsusən kiçik dövlətlərin gənclərini müxtəlif yollarla təsir edərək, öz vətəninə qarşı , mənsub olduğu millətinin əleyhinə istifadə edirlər. Bu mənada gənclərimizin çox ayıq-sayıq olmağı zəruridir və bu fikirləri çağımızın konseptual çağırışlarıdır və gənclərimizin gələcək vəzifələrinin yol xəritəsidir.
Bu planda Prezident İlham Əliyev milli yaddaşın əsas komponentlərindən biri olan tarixi yaddaş və onun milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı rola nəzər yetirərək tarixi yaddaşın vacibliyi haqqında fikirlərini də gənclərə çatdırdı.
Prezident İlham Əliyev bölgənin, xüsusilə də Azərbaycanın keşməkeşli və şərəfli tariximizin çox önəmli mərhələləri haqqında önəmli məqamlara toxunaraq, xalqımızın öz milli xüsusiyyətlərini qorumasını, ən çətin vaxtlarda milli dəyərlərimizə, adət və ənənələrimizə qeyd etdi. Məhz bunun nəticəsidir ki, xalqımız assimilə olmadı.
Son olaraq 2 Fefralda Azərbaycan gənclərinin xalqımızın əvəzedilməz LİDERİ ilə Gənclər Gününün 25 illiyinə həsr olunmuş görüş gənclər hərəkatının tarixinə ən parlaq və unudulmaz bir hadisə yazılacaq.
Forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə Azərbaycanın gələcəyi olan gənclərimiz üçün əbədi bir yol xəritəsi olacaq.
Məlahət İBRAHİMQIZI,
Millət vəkili
Etikxeber.az