Gənclərin problemlərini araşdırmaq məqsədilə Ekspert Komissiyası yaradılır

Azərbaycanda gənclərin problemlərini araşdırmaq məqsədi ilə Ekspert Komissiyası yaradılacaq.

Etikxeber.az xəbər verir ki, bu məsələ “Gənclər siyasəti haqqında” qanuna edilən yeni təkliflərdə öz əksini tapıb. Milli Məclisin (MM) Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər və əlavələr məsələsi müzakirə olunub. Qanunun 10-cu maddəsinə, 10.4 bəndi əlavə edilir və bu maddədə;- gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır.

Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və tərkibinə bilavasitə gənclər siyasəti ilə məşğul olan mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, istedadlı və yaradıcı gənclər daxil edilir.

Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

Etikxeber.az

Read Previous

Sabiq MTN generallarının həbs müddəti uzadıldı

Read Next

Saxta profil və adlarla yalan məlumat yayanlar cəzalandırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir