“Gələcəkdə də Türkiyə Avropanın təhlükəsizliyinin təmin olunamsında önəmli rol oynayacaq” – NAZİR

Ankara  ABŞ-la əlaqələrin normallaşdırılmasının şərtlərini açıqlayıb.
Etikxeber.az xəbər verir ki, diplomatların 9-cu  konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-Türkiyə münasasibətlərinə toxunaraq deyib ki,  Ankara ilə Vaşinqton arasında  əlaqələrin normalaşdırılması üçün iki əsas şərt var. “Bunun birincisi, Amerikada özünə sığınacaq alan  FETÖ lideri Fətullah Gülən və onun yaxın dairəsinin təxirə salınmadan  Türkiyəyə təhvil verilməsi, ikincisi isə PKK terror təşkilatının qolu olan YPG ilə işbirliyinə son verməsidir. Məhz bunun nəticəsində yenidən sıx əməkdaşlığımız  mümkündür”- deyə, M.Çavuşoğlu vurğulayıb.
Nazir əlavə edib ki,  bu iki şərtin yerinə yetirilməsi nəticəsində Ankara ilə Vaşinqton arasında əlaqələr əvvəlki strateji səviyyəyə qalxa bilər: “Çünki bu iki ölkənin geniş coğrafiyada və məsələlərdə ortaq strateji  maraqları üst-üstə düşür”.
Avropa Birliyi ilə bağlı məsələyə də toxunan nazir deyib ki,  Amerikadan  olduğu kimi,  Avropa Birliyindən də eyni  mövqeni gözləyirlər və Avropa Birliyi liderlərindən bir sıra məsələlərlə bağlı  konkret mövqe ortaya qoymalarını istəyirlər:
“Bu gün Avropa anlamalıdır ki, bu bölgənin  sülh, təhlükəsiz  bir şəraitdə  və rifah içində yaşamasında Türkiyənin rolu əvəzsizdir.  Dünən olduğu kimi,  gələcəkdə də Türkiyə Avropanın təhlükəsizliyinin təmin olunamsında  önəmli rol oynayacaq”.  
Nazir  deyib ki,  əgər Türkiyə Avropa Birliyinə daxil olmayacaqsa, o zaman bu qurum natamam bir təşkilat olacaq: “Ona görə də Avropa Birliyi Türkiyənin  özündən kənarlaşdırmamalıdır. Yabançı düşmənçilik və İ-islamafobiya  Avropanı geri atacaq. Avropa  bu yolda  davam edərsə,  xəstələnər. Bundan hamı ziyan çəkər”.
 Nazir qeyd edib ki, bununla da avropalı  dostlarına mesaj vermək istəyirlər:
“Avropa bu siyasətindən geri addım ata bilməyəcəyi təqdirdə, geriyə doğru gedəcək. Odur ki, verdiyiniz sözə əməl etməlisiniz. Qaçqın problemi və viza məsələsi ilə bağlı verdiyiniz sözdən qaçsanız da,  Türkiyə verdiyi sözə əməl etdi. Bu məsələlərlə bağlı verdiyiniz sözə əməl etməlisiniz. Digər məsələ isə ondan ibarətdir ki, PKK, FETÖ, YPG və digər terror təşkilatlarına qarşı mübarizədə səmimi olmağınızı və ortaya konkret mövqe qoymağınızı istəyirik. Bu məsələlərdə  açıq mövqe nümayiş etdiməlisiniz. Bundan əlavə, 50 ildən  bəri Türkiyənin Avropa Birlyinə üzvlüklə bağlı maneələri aradan qaldırmalısınız. Çünki biz də Avropanın bir paçasıyıq. Bizi kənara atmayın və bunu edə bilməzsiniz. Son olaraq isə
 onu demək istəyirik ki, əgər bunu etməzsinizsə,  Türkiyənin xarici siyasəti Şengendən Şanxay arasına sığmayacaq qədər  zəngindir”.
Etikxeber.az

Read Previous

Prezident daha 3 səfirin etimadnaməsini qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

XİN-dən “İslam Hərbi Birliyi” açıqlaması…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir