Gəlmişəm ki, “Qarabağ”ın bir parçası olum… – ALMEYDA – FOTOLAR

Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir. Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum.

Etikxeber.az klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın “Astana” klubundan “Qarabağ” komandasına bir il müddətinə icarə əsasında keçən Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda deyib.

almeyda-1

O, yenidən Ağdam təmsilçisinin heyətində oynamağa qayıtması ilə bağlı bildirib: “Azarkeşlərə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam”.

Qeyd edək ki, 2012-2018-ci illərdə Ağdam klubunun formasını geyinən 29 yaşlı futbolçu hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən “Qarabağ” komandasının düşərgəsindədir.

Komandanın yanvarın 16-da Macarıstanın “Uypeşt” komandası ilə yoxlama görüşü keçirməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən mövsüm “Astana”nın heyətində Qazaxıstan çempionu olan təcrübəli yarımmüdafiəçi indiyədək oynadığı 237 matçda 50 qol vurub və 19 məhsuldar ötürmə verib.

Etikxeber.az

Read Previous

Əməkdar artist Vasif Talıbovu təbrik etdi, minnətdarlıq etdi – FOTOLAR

Read Next

Bu klub son dörd ildə komandada çıxış edən futbolçusu ilə yollarını ayırdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir