“Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək…”-POLİTOLOQDAN FƏRQLİ YANAŞMA

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu son açıqlamasında deyib ki, “lazım gəlsə, ATƏT-in Minsk qrupu yenə də rol oynaya bilər”.

Çavuşoğlu və Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son illər haqlı olaraq həmsədrləri tənqid edir, 25 ildə onların fəaliyyətinin yarıtmaz olduğunu vurğulayırdılar.

Eyni açıqlamalar Bakıdan da səslənirdi.

Ərdoğan son açıqlamasında onu da xatırladıb ki, Minsk qrupunun 30 ildə uzatdığı problem Türkiyənin dəstəyi ilə 44 günə həll edildi.Buna baxmayaraq, Ankara Minsk qrupu formatından imtina edilməsini də lazım bilmir.

Doğru yanaşmadır.

Elə Azərbaycan prezidenti də həmsədrləri tənqid etsə də, bu formatdan imtina etməyi lazım bilmir.

Müharibəyə qədər danışıqların getdiyi təxminən 26 ildə həmsədrlərdən tələbimiz o olub ki, Ermənistanın işğalına son qoysunlar, BMT-nin 4 qətnaməsini yerinə yetirsinlər.

Etmədilər, 44 günə biz məsələni böyük ölçüdə həll etdik.

Ona görə də bundan sonra Minsk qrupundan artıq heç bir tələbəimiz yoxdur.

Ancaq bu formatdan itmina da doğru olmazdı, bu halda böyük güclərin təzyiqi ilə üzləşə bilərik.

Bu, bizə lazım deyil.

Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək, onsuz da status məsələsi yaxın illərdə həll olunmayacaq.

25 il heç bir nəticə əldə etməyən qurum qoy bir elə o qədər turistik səfərlərlə məşğul olsun.

Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin.

Elxan ŞAHİNOĞLU

Politoloq

Etikxeber.az

Read Previous

Vüqar Səfərli-HƏBS EDİLDİ…

Read Next

İki qardaş…Həm Aprel döyüşlərinin, həm İkinci Qarabağ Savaşının gerçək İgidləri…3 aydan çoxdur müalicə alan, nitqində, görməsində…problemlər yaranan, yaxın günlərdə də Türkiyəyə göndəriləcək-QAZİ AQİL VAHİD OĞLU EMİNOV!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir