Gəncə Dövlət Universitetində “Gənclər Günü”nə həsr edilmiş konfrans keçirildi – FOTOLAR

 

Bu güb Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında 2 fevral – Gənclər Gününə həsr edilmiş konfrans keçirilib.

Etikxeber.az Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Universitetin rektoru, professor Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq, 2 Fevral-Gənclər Günü münasibəti ilə tələbələri təbrik edib, uğurlar arzulayaraq,həmişə onlara dəstək olacağını bildirib. Rektor qeyd edib ki, 2 Fevral ümumrespublika Gənclər Günüdür:

“Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük coşqu ilə qeyd edirlər.Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.

Gənclər, İdman və Turizm Nazirliklərinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 Fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur.

Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı “Gənclərin Məşğulluq sammiti”nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoydu. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir”.

Sonra “Gənclər siyasəti uğurla həyata keçirilir” mövzusunda çıxış edən humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva dövlət başçısının bu sahədə həyata keçirdiyi coxşaxəli tədbirlər danışıb.O, bildirib ki, xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin 1993-cü ilin sentyabrında gənclərlə görüşməsi ümummilli liderin Azərbaycan gəncliyinin cəmiyyətdəki roluna verdiyi böyük önəmin, onun Azərbaycan gəncliyinə böyük inam və rəğbətinin göstəricisi idi.

“Azərbaycan gəncliyi etibarlı əllərdədir” mövzusunda Azərbaycan tarix kafedrasının baş müəllimi Eldar Mehdiyev,”Gəncliyimiz gələcəyimizdir” mövzusunda sosial fənlər kafedrasının müəllimi Yeganə Əhmədova, “Dövlətimizin gənclər siyasəti” mövzusunda Universitet YAP Gənclər Birliyinin sədri Elmir Bağırov çıxış ediblər.

Xarici dillər fakültəsinin tələbəsi Aytac Səlimlinin səslənddirdiyi “Gənclik” şeiri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda rektor Yusif Yusibov Gənclər Günü münasibəti ilə bir qrup fəal tələbəni fəxri fərmanla təltif edib.

gence-1

gence

Etikxeber.az

Read Previous

Subotiç yenidən “Qəbələ”də

Read Next

Sabunçu və Abşeron rayonlarında 260 məcburi köçkün ailəsi üçün yeni yaşayış binaları tikiləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir