Gəncədə Cavad xanın heykəli ucaldılsın – MİLLƏT VƏKİLİ

Gəncədən Avropanın şəhərlərinə ucuz reyslər açılmasını təklif edirəm. Əminəm ki, bu uçuşların təşkili üçün ilk milli “lowcoster” Buta Airways öz töhfəsini verə bilər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili  Naqif Həmzəyev deyib.

O, Gəncədə Cavad xanın heykəlinin ucaldılmasını da təklif edib:

Onun sözlərinə görə, Gəncə şəhərində Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, torpağı, vətəni uğrunda özünü və övladını şəhid verən Cavad xanın heykəlinin ucaldılması yaxşı olardı:

cavad xan

“Ölkəmizdə idmana göstərilən dövlət qayğısından hər birimiz sevinir, mütəşəkkil surətdə həyata keçirilən bu işdən fərəhlənirik. Daha bir təklifim isə Gəncə şəhərində məhəllələrarası idman meydançalarının yaradılmasıdır. Bu cür meydançaların salınması gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradar”.

Deputat təkliflərini yazılı formada hökumətə təqdim etdiyini vurğulayıb.

Etikxeber.az

Read Previous

Ronaldo “ən yaxşı” oldu…

Read Next

Həftənin ən yaxşı qolu müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir