Gənc siyasi şərhçinin-AŞQABAD SAMMİTİNƏ BAXIŞI

Prezident İlham Əliyev noyabrın 28-də Türkmənistanın paytaxı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV zirvə toplantısında Azərbaycanı Qalib ölkənin lideri kimi təmsil edib.

Əlbəttə, Zirvə toplantısında üzv dövlətlər iştirak etsə də, əsas diqqət mərkəzində Cənubi Qafqazın iqtisadi cəhətdən ən potensiallı ölkəsi Azərbaycan və onun Müzəffər Lideri Prezident İlham Əliyev idi.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına İƏT Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı üzv olub.

Dövlət başçımızın da dediyi kimi, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri kimi 1992-ci ildən bəri irəli sürdüyü uğurlu təklif və layihələrlə aktivlik nümayiş etdirib. Buna missal olaraq Ümumilli lider Heydər Əliyevin digər beynəlxalq qrum və təşkilatlarla olduğu kimi İqtisadi Əməkdaşlıq Təçkilatı ilə də fəal və nəticə doğuran əməkdaşlığını qeyd edə bilərik. Beləki 1996-cı ilin 13-14 may tarixində mərhum Prezidentimiz Heydər Əliyev Aşqabadda İƏT-in IV sammitində iştirak edib.Öz uzağgörənliyini və prespektivini bu təşkilatda da göstərən Heyər Əliyev nəqliyyat və kommunikasiyanın inkişafına dair (1998-2007-ci illər) proqramın qəbul olunmasına öz tövhəsini verib. Lakin Ümumilli liderimizin təşkilata və üzv dövlətlərə göstərdiyi dəstək bununla yekunlaşmayıb. 2002-ci ilin 14 oktyabrında Heyər Əliyev İstanbulda İƏT-in VII sammitində iştirak edərkən Əfqanıstana yardım Fondu təsis olunub.

Həmçinin Türkmənistandan Pakistana qaz nəqli üçün kəmərin çəkilişinin vacibliyi vurğulanıb. Bu səbəbdəndir ki, nəinki ölkəmizdə dünaynın müxtəlif ölkələrində belə Heydər Əliyev böyük dahi şəxsiyyət və yardımsevər siyasətçi kimi tanınıb. Azərbaycan dövlətinin hazırda gündəmində olan Zəngəzur dəhlizinin açılması məsələsi region dövlətləri üçün müsbət və faydalı qarşılanan proseslərdən biridir. Əslində iqtisadi və nəqliyyat yollarının açılması və bərpası məsələsini mərhum Prezident Heydər Əliyevlə də bağlamaq olar.Çünki 2000-ci ilin 9-10 iyununda Tehranda keçirilən İƏT VI sammitində Prezidenti Heydər Əliyev region iqtisadiyyatının yaxşılaşdırılması üçün Böyük İpək yolunun bərpasına tərəfdar olduğunu bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ideyalarının həm XX, həm də XXI əsrdə böyük aktuallığa malik olduğunu, regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini təşviq etdiyini bu görüşdə də öz təsdiqini tapdı. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Hələ o zaman bu ideya gələcəyə yönəlik faydalı və məqsədyönlü təşəbbüs kimi yüksək qiymətləndirmişdi. Azərbaycan bu məsələnin aktuallığını nəzərə alaraq onu daim diqqət mərkəzində və siyasi gündəmdə saxladı. Belə ki, 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş IX Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürüldü, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalandı.

İkincisi, bu addım Azərbaycanın həm təşkilat daxilində, həm də regional və beynəlxalq səviyyədə yüksək nüfuza malik olduğunu, işbirliyi və inteqrasiyanı təşviq edən etibarlı tərəfdaş kimi nəzərdən keçirildiyini göstərir. Üçüncüsü, bu qərar Azərbaycanın bundan sonra da bölgədə əməkdaşlığın inkişafına vacib töhfə verəcəyinə inamı əks etdirir. Məlum olduğu kimi, İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi araşdırmalara əsaslanan regional əməkdaşlığın qurulması üçün təşkilata üzv ölkələrə yardım etməkdir. Ona görə də Bakıda yerləşəcək Mərkəzin səmərəli iş mexanizmi sıralarında 10 dövləti birləşdirən, 500 milyona yaxın əhali potensialına, 6,3 trilyon ABŞ dolları həcmində ÜDM-ə malik təşkilatın məqsədyönlü fəaliyyətinə mühüm töhfə verəcək. Keçirilən son sammit zamanı Dövlət başçımız Prezident Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirməsi Azərbaycan siyasi yolunun yarımsevrəlik və normal münasibətlər üzərində inşa edildiyini göstərdi.

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək Azərbaycan keçən il noyabrın 10-da tarixi Zəfərə imza atmaqla regionda və beynəlxalq arendalarda yeni sistem formalaşdırdı. Beləki 10 noyabrda Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməsinə başlanıldı. Bu layihə bölgədəki bütün dövlətlərə faydası il birgə, dünya bazarına çıxış üçün ən əlverişli iqtisadi, turizm nəqliyyat yollarından biri kimi bugün reallaşmaqdadır. Zəngəzur dəhlizinin reallaşması birbaşa Azərbaycan dövlətinin səyləri nəticəsində baş tutdu. 44 günlük savaşda Ermənistanın məğlubiyyətə uğradılması Azərbaycan üçün yeni ticarət və iqtisadi yollar açdı. Lakin Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq, üçtərəfli Bəyanatda “dəhliz” Laçın” koridoruna adidir kimi fikirlər səsləndirərək Azərbaycanın başlatdığı prespektivli prosesi ləngitmək istədi.

Amma bu istəkləri də boş fikirlər olaraq qaldı. Beləki 26 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladlıqları Soçi Bəyanatı Zəngəzur dəhlizinin açılmasının rəsmi qarantiyası oldu. Təbii ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il Bəyanatlarında göstərilmiş, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən rəsmi sənədlə təsdiq olumuşdu. Amma Ermənistan hər zamankı gedişatlarından istifadə edərək, prosesi müxtəlif bəhanələrlə ləngitmək niyyətindi idi. Bunun üçün də Azərbaycanın işğaldan azad edilmiş zonalarda gördüyü qurucluq işlərinə mane olmaq üçün sərhəddə təxribatlara əl atırdı. Amma Azərbaycan Ordusunun sayıqlığı və gücü sayəsinədə bütün təxribatların qarşısı qətiyyətlə. Əlbətdə bu təxribatlar birbaşa olmasa da dolayısı ilə Zəngəzur dəhlizinin açılmasına mane olmaq niyyəti güdürdü. Ermənistan rəhərliyi anlayırdı kı, bu baş tutacaq.

Çünki Zəngəzur dəhlizi məsələsi həm üçtərəfli Bəyanatda, həm də 11 yanavr 2021-ci il Bəyanatlarında qeyd olunmuşdu. Həmçinin Prezident İlham Əliyevin 2021-ci ilin aprelində Hacıqabul şəhərinə səfəri zamanı jurnalistlərə müsahibəsində səsləndirdiyi “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”- fikirləri artıq bu məsələnin həllini labüd edirdi.Son nöqtə isi bir neçə gün öncə Soçi Bəyanatının imzalanması ilə qoyuldu. Soçi görüşündə həm Azərbaycan həm də Rusiya Prezidentləri Zəngəzur dəhlizinin açılmasının yaxın zamanda baş tutacağını bildirdi. Əlbətdə Ermənistan baş naziri bunun əksinə fikirlər səsləndirirdi. Lakin onun fikrinin bu qərarı dəyişdirməyə qardir olmadığı məlumdur. Amma Zəngəzur dəhlizi Ermənistan üçün də yeni qapılar açaraq, onları 30 ilə yaxın blokada şəraitindən xilas edəcək. Ermənistan rəhbərliyi və xaqlı bunu çox yaxşı anlayır.

Görünür ki, bəzi dövlətlər tərfindən maliyələşən Ermənistan öz sahiblərinin fikrini əsas götürərək, Zəngəzur dəhlizinin açılmaması istəyir. Əks halda axına qarşı üzmək Ermənistana uğurlu gələcək vəd etmir. Amma Ermənistanın da fikri bölgənin önəmli dövlətləri tərəfindən qəbul olunmadı və tək qaldı desək yanılmarıq. Rusiyadan əlavə beynəlxalq siyasi müstəvidə real güc olan Türkiyə Zəngəzur dəhlizinin reallaşdırlması istiqamətində Azərbaycana ciddi dəstək nümayiş etdirməsi bu məsəslənin də həllini asanlaşdırdı. Türkiyə 44 günlük müharibə daxil olmaqla, Azərbaycana həm daxili siyasətdə, həm də beynəlxalq səviyyədə bütün istiqmətlərdə ən çox dəsətk verən ölkə idi. Bu gün keçirilən İƏT Zirvə toplantısında fikirlərini bildirən Türkiyə lideri deyib ki, Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür.

Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür. Bütün bu fikirlər Zəngəzur dəhlizinin açılmasının bölgədə söz sahibi olan Azərbaycan, Türkiyə və Rusiya tərəfinfən yekdilliklə razılaşdırlmasını göstərir. Bu qərar əslində gözlənilən idi. Çünki pandemiyanın bütün dünyaya təsiri nəticəsində ölkələrarası əlaqlər zəifləmiş, bunun da nəticəsində iqtisadiyyat böyük ölçüdə ziyan görmüşdür.

Ona görə də “birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısı ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olması proqnozlaşdırılır.

Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı yenidənqurma işlərinə başlayıb 44 günlük müharibədən Qalib ayrılan Azərbaycan dərhal genişmiqayslı bərpa-quruculuq işlərinə başladı ki, artıq bunun da nəticələri göz önündədir.

Ermənitandan fərqli olaraq, Azərbaycan öz niyyətini, yolunu göstərərək düşmənin 30 ilə yaxın müddətdə viran qoyduğu ərazilərə yenidən həyat verməyə başladı.

Dövlət başçımızın əmri ilə 2021-ci ildə bu məqsədlər üçün dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrıldı.

Elmir SƏFTƏROV,

Siyasi şərhçi

Etikxeber.az

Read Previous

DSX-nin hərbi helikopteri Xızıda qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var-RƏSMİ – YENİLƏNİB – (1)

Read Next

“Azərbaycan Bayrağı” ordenli, 5 medallı-DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN 28 YAŞI TAMAM OLDU – MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir