Gənc Tamaşaçılar Teatrı bu həftə bir sıra tamaşalarla çıxış edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günlərinin maraqlı və yaddaqalan keçməsi üçün yeni və rəngarəng repertuarla çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, noyabrın 15-dən 21-dək məktəblilər sənət ocağında müxtəlif janrlı səhnə əsərləri izləyəcəklər.

Belə ki, teatr noyabrın 15-də “Əlincə qalası”, noyabrın 16-da “Qaraca qız”, noyabrın 17-də “Dəcəl keçi”, noyabrın 18-də “Buratinonun macəraları”, noyabrın 19-da “Balaca və damda yaşayan Karlson” tamaşaları ilə məktəblilərin görüşünə gələcək.

Noyabrın 20-də isə teatrın repertuarında yeni səhnə əsəri sayılan “Uzuncorab Peppi” tamaşası təqdim olunacaq.

Etikxeber.az

Read Previous

“Çelsi” Lemparda dəvət göndərib

Read Next

Düşmən sutka ərzində atəşkəs rejimini ümumilikdə 59 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir