Gənc və yeni deputat AŞPA məruzəçilərinin bəyanatı ilə bağlı-ADIÇƏKİLƏN QURUMUN RƏHBƏRLİYİNƏ MƏKTUB ÜNVANLADI

Bu gün AŞPA-nın məruzəçilərinin Azərbaycanla bağlı son bəyanatlarına dair təşkilatın rəhbərliyi və bir sıra strukturlarına, habelə, üzv dövlətlərin nümayəndələrinə məktub göndərdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun məktubunun mətnini olduğu kimi, təqdim edirik:

“Avropa Şurası üçün baza sənədi olan 1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının preambulasında qeyd edilir ki, Avropa Şurasının üzvü olub, bu Konvensiyanı imzalayan hökumətlər, Şurasının məqsədinin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğunu və bu məqsədlərə nail olmağının əsas vasitələrindən birinin insan hüquqlarının və əsas azadlıqların dəstəklənməsi və gələcək reallaşdırılması olduğunu hesab edərək bu təşkilatı yaradır.

Bütün bunların fonunda təşkilatın Parlament Assambleyasının məruzəçilərinin Azərbaycana yönəli son bəyanatları məndə təəccüb doğurdu. Məruzəçilərinin tutduğu mövqe bölücü, parçalayıcı, qarşıdurma yaradan və ziddiyyət dolu ittihamlar üzərində qurması onların təmsil olunduğu regional mexanizmin hüquqi qayəsi ilə köklü ziddiyyət təşkil edir, təşkilatın məqsədləri ilə bir araya sığmır.

Bir neçə məqamı diqqətinizə çatdırım.

Həmməruzəçi Rocer Geyl Azərbaycan hökumətini koronavirus pandemiyasından siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməkdə, mövcud vəziyyətdən hakimiyyəti gücləndirmək üçün sui-istifadə etməkdə günahlandırır. Avropa Konvensiyasının 5-ci maddəsinin e) bəndinə əsasən yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslər bir sıra məhdudlaşdırıcı tədbirlərlə yanaşı hətta qanuni həbsə də alına bilər.

Habelə Konvensiyanın 8, 9, 10, 11-ci maddələrinə əsasən, ictimai qaydanı və sağlamlığı qorumaq üçün hətta Şəxsi həyata və ailə həyatına hörmət hüququ, Fikir, vicdan və din azadlığı, Fikri ifadə etmək azadlığı, Yığıncaqlar və birləşmək azadlığı kimi ən vacib hüquq və azadlıqlar məhdudlaşdırıla bilər. Dünya bir pandemiya ilə üz-üzədir. Belə bir şəraitdə Azərbaycanın hərəkət, sərbəst toplaşmaq kimi azadlıqlarını məhdudlaşdırmasının niyə insanların sağlamlığının qorunması yox siyasi müxalifətə qarşı təzyiq vasitəsi kimi qiymətləndirilməsinə məncə elə AŞPA özü qiymət verməlidir. Təşkilatən öz konstitusiyasını siyasi məqsədlər naminə ayaq altına atması üzv dövlətlərdə sual doğurmalıdır. Həmməruzəçi Stefan Şennak iddia edir ki, “prezident Əliyevin müxalifəti təsvir etmək üçün işlətdiyi sözlər və onları satqın ‘beşinci kolon’ adlandırması son dərəcə qeyri-demokratikdir.”Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Kimi hansı formada çağırmaq hər bir insanın hüquqdur.

Əgər, özünün bu hüququnu həyata keçirməklə şəxs digərlərinə böhtan atırsa, yaxud təhqir edirsə, bununla bağlı Azərbaycan qanunvericiliyində kifayət qədər aydın, tətbiq təcrübəsi sual doğurmayan müddəaları var. Ləkələndiyini düşünən hər bir şəxs məhkəməyə müraciət etməyə, hətta işi Avropa Məhkəməsinə daşımağa haqlıdır. Belə bir hüquqi imkanların mövcudiyyəti şərtində həmməruzəçinin dayəlik təşəbbüsü AŞPA-nın ciddi təsisat nüfuzunu sual altında oyur. Siyasi müxalifətə dair qənaəti İlham Əliyevin şəxsi rəyidir. İndiki halda həmməruzəçi Konvensiyanın, habelə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi təcrübəni ayaqlar altına ataraq ifadə azadlığına kobud hörmətsizlik etməkdədir.

Avropa Məhkəməsinin özünün yaratdığı 10-la presedentə əsasən, “rəyində qalmaq imkanı”-nı məhdudlaşdırmaqla digər şəxsin ləyaqətinin qorunması, birincinin ləyaqətinə təcavüzə çevrilmiş olur. (Avropa Məhkəməsinin Handyside Birləşmiş Krallığa qarşı işi üzrə Qərar),Digər həmməruzəçi Sunna Evarsdottir isə müxalif siyasətçi Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə həbs olmasını Azərbaycan hökümətinin yeni siyasi repressiya dalğası kimi qiymətləndirib. Konvensiyanın 14-cü maddəsinə əsasən siyasi və digər baxışlara görə şəxslərə qarşı həm mənfi həm müsbət mənada ayrıseçkilik qadağandır.Tofiq Yaqubli ölkə siyasi dairələrində tanınan bir ziyalıdır. Lakin siyasi mənsubiyyəti ona hansısa üstünlük verilməsi yaxud məhdudiyyətə məruz qalması üçün əsas deyil. Əgər ortada əməl, həmin əmələ münasibətdə ittiham varsa maddi və prosessual qanunvericiliyin tələbləri tam yerinə yetirilməlidir.

Hər hansı şəxsi məsuliyyətə cəlb edərkən, əməli yox siyasi mənsubiyyəti qabartmaq, 14-cü maddənin pozuntusudur: – ya naşı formada, ya da çox qərəzli şəkildə – bunun orta yolu yoxdur. Azərbaycan hakimiyyətini siyasi repressiyada ittiham edən həmməruzəçi bildirib ki, bu qənaətə ” indiyədək eşitdiyi şeylərdən” gəlib.Minimal hüquq düşüncəsi, fərq etməz hansı hüquq sistemidir, hüquq mədəniyyəti olan hər bir kəsə bəllidir ki, yoxlanılmamış faktla ittiham etmək qərəz adlanır. Azərbaycan qanunvericiliyinə görə, məlumatların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İdiki halda, məruzəçilərin istinad etiyi faktların nə həqiqiliyi, nə yaranma mənbəyi, nə də əldə edilmə halları barədə ciddi bir nüans görünmür. Azərbaycanda problem yox deyil.

Həmçinin insan hüquq və azadlıqların təmini sahəsində də. Həmməruzəçilərin məhz mövcud problemləri görməyib, süni problem uydurmaları əslində onların hüquq və azadlıqların yox, konkret siyasi maraqların müdafiəsi üçün təyin olunduqları şübhə doğurmur və hesab edirəm ki, üzv dövlətlər təşkilatla münasibətlərini yeni müstəvidə bir daha gözdən keçirməlidir”.

Etikxeber.az

Read Previous

27 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

Deputat Milli Məclisdə canlı yayım edəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir