“Gənclərə yol vermək lazımdır, Geologiya İnstitutuna direktor gedirəm” – 85 YAŞLI AKİF ƏLİZADƏ

İstefa verirəm. Hesab edirəm ki, vaxtdır, gənclərə yol vermək lazımdır. Səhhətimdə də müəyyən problemlər var.
Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi ilə bağlı REAL-a açıqlamasında deyib.
A. Əlizadə bildirib ki, bundan sonrakı fəaliyyətində də elmlə məşğul olacaq:
“AMEA-nın Geologiya İnstitutuna direktor vəzifəsinə gedirəm. Akademiyanın vəziyyəti bu gün yüksəliş yolundadır. İnanırasm ki, Akademiyanın bundan sonrakı inkişafı daha iri addımlarla gedəcək. Gənc kadrların gəlməsi, magistratura yolunun davamı ildən ilə AMEA-nən bütün isitiqamətlərinə hiss olunur. Prezidentin qayğısı ilə bu inkişaf davam etdiriləcək”.

“Akademiyada yerinizə iddialı nə qədər adam var” sualına isə A. Əlizadə belə cavab verib:

“Bu barədə düşünməmişəm. Akademiyanın üzvlərindən bu vəzifəyə layiqli insanlar var”. 

“Geologiya İnstitutuna direktor vəzifəsinə təyin olunmaq sizə yaş baxımından problem yaratmayacaq ki” sualına cavabında isə A. Əlizadə bildirib ki, problem yaranarsa, oradadan da labaratoriya müdiri keçər.

Etikxeber.az

Read Previous

BDU-da əmək haqları artırıldı – 3 MİNDƏN ÇOX ƏMƏKDAŞA ŞAMİL OLUNACAQ

Read Next

“Məqsəd Qoşulmama Hərəkatının rolunu aktivləşdirməkdən ibarət olmalıdır…” – MƏMMƏDYAROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir