“Gənclər sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil…” – DEPUTAT

Millət vəkili Qənirə Paşayeva Qərb Universitetində tələbələrlə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa və sosial medianın imkanlarından bu istiqamətdə daha fəal istifadə etməyə çağırıb.

Etikxeber.az-ın xəbərinə görə,  Q.Paşayeva görüşdə “ərazi bütövlüyümüz uğrunda də şəhid olmuş bütün insanlarımızın qarşısında baş əyir, onları sevgi və rəhmətlə anırıq”- deyib:

“Aprel döyüşlərində Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Q.Paşayeva sonra  gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb.

O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib.

Millət vəkili həmçinin, gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb.

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”– deyən millət vəkili  bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.

Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir.

Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımları, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.

Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili  onları maraqlandıran sualları da cavablandırıb.

Etikxeber.az

Read Previous

“Bəzi həmkarlarım ehtiyat edir ki…” – MUSA QULİYEV – YENİLƏNİB (7)

Read Next

Türkiyənin işlərinə qarışmaq, kənardan idarəçilik şərtləri diktə etmək yolverilməzdir – ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir