Gənclər Yay Olimpiya Festivalı – 4-CÜ QIZIL – FOTOLAR – YENİLƏNİB – (4)

Avropa Gənclər Yay Olimpiya Festivalı davam edir.

Etikxeber.az xəbər verir ki, yarışın ikinci günündə-iyulun 22-dı 7 növdə mübarizə baş tutacaq.

Bunlardan üçündə mükafatçılar bəlli olacaq. Üzgüçülər, atletlər və güləşçilər medal uğrunda mübarizə aparacaqlar. Ümumilikdə 10 dəst medal sahibini tapacaq.

Tennisdə yarışlar davam edəcəksə, komanda idman növləri – basketbol, həndbol və voleybolda ilk turun görüşləri keçiriləcək.

Azərbaycan idmançıları da növbəti sınaqlarına çıxacaqlar. Atletikada 6, üzgüçülükdə 3, güləşdə 7 idmançımız bu gün qüvvəsini sınayacaq. Həmçinin 4 yığmamız mübarizəyə qoşulacaq.

Tennisçilərimiz isə çətin sınaq qarşısındadırlar. Təmsilçilərimizdən ikisi gün ərzində həm fərdi, həm cütlərdə mübarizə aparmalı olacaqlar. Yeri gəlmişkən, son anda qızlardan ibarət cütlüyün rəqibi də dəyişib.
Atletika
09:20. Qızlar, nüvə itələmə, təsnifat
Günel Hüseynova
10:02. Qızlar, 800 m, I mərhələ
Günel Manafova
10:26. Qızlar, 100 m, I mərhələ
Fəxriyyə Tağızadə
10:56. Oğlanlar, 100 m, I mərhələ
Aleksey Ələkbərov
19:02. Qızlar, 400 m, I mərhələ
Nika Məmmədova
19:20. Oğlanlar, Uzunluğa tullanma, təsnifat
Məmmədağa Məmmədov
Basketbol
Oğlanlar, qrup mərhələsi, I tur
18:15. Serbiya – Azərbaycan
Həndbol
Qızlar, qrup mərhələsi, I tur
14:30. İsveçrə – Azərbaycan
Oğlanlar, qrup mərhələsi, I tur
20:30. Almaniya – Azərbaycan
Üzgüçülük
09:00. Qızlar, 100 m, sərbəst üsulla, təsnifat
Şeyxəlizadə Xanqan
09:15. Oğlanlar, 400 m, sərbəst üsulla, təsnifat
Rəşad Əliquliyev
09:55. Oğlanlar, 100, brass, təsnifat
Əliyar Cahangirbəyov
Tennis
09:00. Oğlanlar, 1/32 final
Kənan Qasımov – Alessio Basile (Belçika)
09:00. Qızlar, 1/32 final
Alina Hüseynova – Jülyet Bovi (Belçika)
14:30. Qızlar, cütlər, 1/16 final
Polina Drobiçeva/Alina Hüseynova – Karolina Qomes/Rakel Qonzales (İspaniya)
14:30. Oğlanlar, cütlər, 1/16 final
Kənan Qasımov/Tamerlan Əzizov – Daniel İvanov/ Tyaqo Pereyra (Portuqaliya)
Voleybol
Oğlanlar, qrup mərhələsi, I tur
18:00. Almaniya – Azərbaycan
Güləş
10:30. Sərbəst güləş
48 kq, 1/8 final
Mircavad Nəbiyev – Maqomedamin Bekbulatov (Rusiya)
60 kq, 1/8 final
Sabir Cəfərov – Marsel Deli (Macarıstan)
10:30. Yunan-Roma güləşi
48 kq, 1/8 final
Qurban Qurbanov – Kaçper Karaskieviç (Polşa)
60 kq, 1/8 final
Həsrət Cəfərov – Donatas Rindeikis (Litva)
10:30. Qadın güləşi
46 kq, 1/8 final
Gültəkin Şirinova – Jutta Ala-Ranta (Finlandiya)
49 kq, 1/4 final
Lalə Mirzəyeva – Mihaela Samoil (Moldova)
61 kq, 1/8 final
Mərziyə Sadıqova – Manola Skobelska (Ukrayna)

***

Festivalın atletika yarışları start götürüb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 46 ölkədən 641 idmançı iştirak edir. Azərbaycan bu yarışlarda 18 idmançı ilə təmsil olunur.

Festivalın atletika yarışlarının birinci günündə yarışlar iki sessiyada keçirilir. Səhər sessiyasında atletlər 100 və 800 metr məsafəyə qaçış, uzunluğa tullanma və nüvəitələmə növlərində mübarizə aparırlar. Axşam sessiyasında 110 metr məsafəyə maniələrlə qaçış, 400 metr məsafəyə qaçış, 10 kilometr məsafəyə idman gəzişi, uzunluğa və hündürlüyə tullanma idman növləri üzrə yarışlar təşkil olunacaq.

“EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

atletik

***

Festivalın tennis yarışlarının ikinci gününün oyunları  da start götürüb.

Yarışda oğlanlar və qızlar tək və qoşa kateqoriyalarda iştirak edir. Bugünkü oyunlarda oğlanların və qızların 1/32 final yarışları, eləcə də qoşa kateqoriyalarda 1/16 final qarşılaşmaları baş tutacaq.

Azərbaycan tennisçilərindən Kənan Qasımov Alessio Basile, Alina Hüseynova isə Jülyet Bovi (hər ikisi Belçikanı təmsil edir) ilə qarşılaşır.

Günün ikinci yarısında isə cütlərin yarışında təmsilçilərimiz Polina Drobiçeva/Alina Hüseynova Karolina Qomes/Rakel Qonzales (İspaniya) dueti ilə üz-üzə gələcək.

Oğlan cütlüklərin yarışının 1/16 finalında isə idmançılarımız Kənan Qasımov/Tamerlan Əzizov cütlüyü portuqaliyalı Daniel İvanov/ Tyaqo Pereyra ilə görüşəcək.

AOK-un qaydaları və Beynəlxalq Tennis Federasiyası tərəfindən qəbul edilmiş Tennis Qaydalarına uyğun keçirilir. “Bakı 2019”da iştirak edəcək idmançılar 2004-cü il yanvarın 1-dən 2005-ci il dekabrın 31-dək doğulmuş idmançılardır.

***

Festivalın güləş yarışlarının ikinci günündə pəhləvanlar 7 çəki dərəcəsində (4 oğlan, 3 qız) mübarizə aparıblar.

Sərbəst güləşçimiz Mircavad Nəbiyev (48 kq) Rusiya yığmasının üzvü Maqomedamin Bekbulatov ilə qarşılaşmada qələbəni son saniyədə əldən verib – 6:6*. Onun komanda yoldaşı Sabir Cəfərov (60 kq) ilk mərhələdə macar rəqibi Marsel Deliyə vaxtından əvvəl qalib gəlib – 10:0. Daha sonra belaruslu Anatoli Hramikə 12:1 hesabı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb.

Yunan-Roma güləşi yarışında Qurban Qurbanov (48 kq) debütdə Polşadan olan həmkarı Kasper Karaskieviçə tam üstünlüklə qalib gəlib – 8:0. O, daha sonra türkiyəli Emin Çeliki 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Həsrət Cəfərov (60 kq) litvalı güləşçi Donatas Rindeikisi çətinlik çəkmədən məğlub edib – 12:0.

Qadın güləşçimiz Gültəkin Şirinova (46 kq) finlandiyalı rəqibi Yutta Ala-Rantanı 7:4, belaruslu Pertsava Tatisiananı 6:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Mərziyə Sadıqova (61 kq) ilk görüşdə Ukrayna idmançısı Manola Skobelskadan üstün olub – 6:3. Daha sonra rusiyalı Alina Kasabieva ilə görüşdə də üstün olan (*1:1) idmançımız yarımfinala yüksəlib.

Yarışlar davam edir.

***

Yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) bu mötəbər turnirdə ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdırıb.

Təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni 6:0 hesabı ilə məğlub edib.

Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə Belarus təmsilçisi Maksim Stupakeviç türkiyəli Emin Çelikə, almaniyalı Noah Englix isə moldovalı Andrey Vitana qalib gəliblər.

Xatırladaq ki, Q.Qurbanov ilk qarşılaşmada Polşadan olan rəqibi Kaçper Karaskieviçi tam üstünlüklə məğlub edib – 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

***

60 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda qələbə qazanaraq komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.

Güləşçimiz finalda rusiyalı Maqomed Gigiyev üzərində 7:0 hesablı qələbə qazanaraq festivalın qalibi olub.

Üçüncü yer uğrunda görüşdə belaruslu Nikita Muraşka italiyalı Andrea Settiyə 8:0, gürcüstanlı Nika Broladze isə türkiyəli Onur Yurtada 2:0 hesabı ilə qalib gələrək bürünc medallara sahib olublar.

İdmançıların mükafatlandırılması mərasimində qaliblərə medalları Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev təqdim edib.

Xatırladaq ki, Həsrət Cəfərov litvalı güləşçi Donatas Rindeikisi çətinlik çəkmədən məğlub edib- 12:0. Güləşçimiz daha sonra Belarus təmsilçisi Nikita Muraşkanı məğlub edərək yarımfinala vəsiqə qazanıb – 13:5. Yarımfinalda idmançımızın rəqibi Andrea Setti (İtaliya) olub. Rəqibini 6:0 hesabı ilə məğlub edən güləşçimiz finalda iştirak hüququ qazanıb.

fest-hasret

fest-qurban

Etikxeber.az

Read Previous

“Çin Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir” – MÜBARİZ QURBANLI – FOTOLAR

Read Next

“Kadr islahatları aparılacaq” – PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir