Gərək, gedib edam olunaydı… – ZAHİD ORUCUN YAZISI

DEMOKRATİYA DÖVRÜNÜN NKVD-Sİ

Sənət adamlarının siyasi seçimi ətrafında müxalif camiyədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı.

Sən demə, o vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdılar.

Axı, Sovet genləri hələ yaşayır?!

Arif Hacılının şair ruhu antihakimiyyət pamfletləri üzərində kökləndiyindən, o ,prezident seçkilərindən yalnız inqilab marşları oxumağa aludədir.

Müsavatın himnində onu Allaha bənzətmək elə də ədəbi qəbahət sayıla bilməz, çünki onu azad ruhlu adam qələmə alıb.

Amma Səməd Vurğunun partiya sevgisini nə qədər desən süngüyə taxmaq olar.

Nədən ki, böyük şairimiz ideologiyanın və dövrün tələbinə uyub.

Gərək, gedib edam olunaydı.

Sovet yazıçılarını Stalinin qələm ordusuna çevirəndən sonra Nikita Xruşov dövründə heç kəsə lazım olmayan Aleksandr Fadeyevin özünüqəsdinə ağlayan adamlar çox qəribə bir məntiqlə hərəkət edirlər.

Deməli, Əkrəm Əylislini gördüyü yuxulardan ayıltmaq üçün hakimiyyət rəsmilərinin və milyonlarla sadə vətəndaşın qəzəbi yazıçıya basqı sayıla bilər, amma “gənc demokratiya qvardiyaçıları”nı təşkilatlandırıb iqtidarın üstünə aparan Əli Kərimli Anarı,Afaqı,Amaliyanı,bir sözlə müxalif himnlər bəsləməyən bütün sənətkarları mühakimə etməyə haqqı varmış.

Görün, belələrində səlahiyyət olsaydı, neçə-neçə başları qələm kötüyünün üstünə sərərdilər.

Demokratiya dövrünün NKVD-si və balaca beriyalar təzədən pöhrələyib meydana çıxmağa can atırlar.

Heç olmasa, onda qələm müqəddəs idi…

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Li”, “li”,”lü”,”lu”, “oğlu”, “qızı”, “soy” və digər soyad sonluqları gündəmdədir…” – DEPUTAT

Read Next

Markın divarından həbsxana tikilməsinə imkan verməyin! – MİLLƏT VƏKİLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir