“Gah fəxr etdik, qürur duyduq, gah da üzüldük, göz yaşlarımıza hakim ola bilmədik…”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ŞƏHİD AİLƏLƏRİ VƏ MƏZARLARINI ZİYARƏT ETDİ – FOTOLAR

Hər üçünün şücaətlə dolu qısa ömür yolu ilə bir daha tanış olduq, gah fəxr etdik, qürur duyduq, gah da üzüldük, göz yaşlarımıza hakim ola bilmədik…

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

Qeyd edək ki, millət vəkili təmsilçisi olduğu 92 saylı Zərdab-Ucar Dairəsində seçicilərlə, Şəhid və Qazi ailələri ilə görüşlərini davam etdirir.

“Şəhid ailələrini ziyarəti davam etdirdik. Ucarın Lək kəndindən şəhid Cəbrayılov Xəyal Rafiq oğlunun, Zərdabın Məlikumudlu kəndindən şəhid Cəbrayıllı İbrahim Raqub oğlunun, Alıcanlı kəndindən şəhid Vəlizadə Faiq Bayraməli oğlunun ailələrinə, valideynlərinə baş sağlığı vermək üçün onları ziyarət etdik, məzarları başında dualar oxuduq, ruhları önündə baş əydik.

Əslən Gəlmə kəndindən olan, Bakıda Fəxri Xiyabanda uyuyan şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun evində valideynləri ilə görüşdük. Hər üçünün şücaətlə dolu qısa ömür yolu ilə bir daha tanış olduq, gah fəxr etdik, qürur duyduq, gah da üzüldük, göz yaşlarımıza hakim ola bilmədik… Allahdan hər birinə rəhmət, ailələrinə səbr dilədik. Nurlar içində yatsınlar. Vətən sağ olsun! Eyni zamanda Məlikumudlu kəndindən 1-ci Qarabağ savaşında şəhid olmuş Zabit Zərbəliyevin atası, bu gün haqqın dərgahına qovuşan Kamil babanın da məzarını ziyarət etdik, ailəsinə baş sağlığı dilədik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

28 ildir bədənində 3 güllə, 3 qəlpə gəzdirən Qazi Arzu və onun özü kimi İgid, Cəsur oğlu-SUQOVUŞAN QƏHRƏMANI NURLAN! – FOTOLAR

Read Next

“Bu, müraciətlərinizə operativ reaksiya verilməsi və problemlərin daha çevik həlli üçün əsas yaradacaq”-MİLLƏT VƏKİLİ ÖLKƏ PREZİDENTİNİN SON FƏRMANINI ŞƏRH ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir