Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiyanın “Gecə snayperləri” qrupu Bakıda konsert proqramı ilə çıxış edib.
Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, Yaşıl Teatrda təşkil olunan konsertdə əfsanəvi qrup yeni albomundan mahnılar və ən yaxşı hitlərini təqdim edib. Konsert proqramı Diana Arbeninanın bədii rəhbərliyi ilə baş tutub.
Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, “Gecə snayperləri” qrupu 2013-cü ilin dekabrında 20 illiyini qeyd edib. Bu hadisə ilə əlaqədar qrupun “Crocus City Hall”da konserti olub.
“Gecə snayperləri” Berlin, Vyana, Praqa, Varşava, Riqa, Tallinn, Vilnüs, London, Paris və digər şəhərlərdə mütəmadi olaraq konsert proqramları ilə çıxış edib.
Etikxeber.az