“Gedin, əl tutun, oturun, danışın, anlaşın…”-EKS-DEPUTAT MÜSAVAT VƏ AXCP-YƏ ÇAĞIRIŞ ETDİ

Sizcə, böyüklük nədir?

Kimsə elə hesab edər ki,adil,vicdanlı olmaq- böyüklükdür.

Bir başqası üçün mərhəmətlilik, xeyirxahlıq, kimsəsizə əl tutmaq -böyüklükdür.

Digərinin nəzərində dürüstlük, doğruluq – böyüklükdür…

Bu sualın cavabı, bəlkə də, elə dünyadakı insanların sayı qədərdir.

Mənim fikrimə gəldikdə, böyüklük odur ki, hər kəsə əl uzadasan, qucaq açasan,ehtiram edəsən.

Qarşındakını özün kimi qəbul edəsən. Böyüklük insanları barışa, harmoniyaya səsləmək və bu yöndə də konkret iş görməkdir…

Bu gün cəmiyyətimizin nəzər- diqqətində olan vacib bir məsələ məni bu düşüncələrə varmağa vadar etdi.

Hələ ötən ilin sonlarında dövlət başçısı Ilham Əliyev ölkəmizdə siyasi münasibətlərin zamanın ruhuna uyğun olaraq yenidən qurulmasını hədəfləyən açılım etdi.

Siyasi baxışlarından,ideoloji yönündən,sağda,solda, mərkəzdə durmasından asılı olmayaraq, bütün siyasi partiyalara əl uzatdı,dialoqa çağırdı. Adamın üstündə Allah var- siyasi liderlərin əksəriyyəti bu təklifi müsbət qarşıladılar.

Təmaslara start verildi. Hazırda hakimiyyətlə partiyalar arasında davamlı əlaqələr var.

Lakin təssüf doğuran odur ki, ölkəmizin iki siyasi təşkilatı özünü bu prosesdən kənar saxladı.

Söhbətin AXCP və Müsavatdan getdiyi, əlbəttə ki,hər kəsə məlumdur. Bu, o partiyalardır ki, üzvlərinin bir çoxu Mıllı Azadlıq Hərəkatından keçiblər,müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda mübarizə aparıblar.

Üzümü onlara tutub,hamının ürəyindən keçən bir sual verirəm: Bəs indi nə baş verir?

Qarşılıqlı hörmətə, mehrivançılığa uzanan ələ baxıb,özünü görməzliyə vurmaq nə deməkdir?

Ortada dövlət var,dövlətçilik var. Qarşımızda erməni kimi qos-qoca düşmən durur.

Yan-yörəmiz paxıllar, müstəqilliyimizə diş qıcayanlarla doludur.

Belə vaxtda mənəm -mənəmlik heç kəsə nə fayda,nə də dəyər verməz.

Axı, sıralarınızda görüş tərəfdarı olan partiyadaşlarınız da az deyil.

Başlıcası, bunu sizdən cəmiyyət gözləyir.

Gedin, əl tutun,oturun,danışın,anlaşın…

Qoy dövlətimizi istəməyənlərin gözü,düşmənlərimizin isə canı çıxsın.!

Mayis SƏFƏRLİ,

Eks-deputat

Etikxeber.az

Read Previous

Sabiq müdafiə nazirinə kürəkəni xəsarət yetirib?

Read Next

“Bəziləri deyir ki, burada küçə heç vaxt işıqlanmayıb…Başqa bir ehtimala əsasən, 30 ildən çoxdur ki, burada işıq yoxdur…”-DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir