“Gedin, qucaqlaşın, birlikdə ağlayın” – MİLLƏT VƏKİLİ – ŞƏRH(LƏR)

Mayın 29-dan 30-a keçən gecə Azərbaycan daha bir nüfuzlu yarışa, UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-“Arsenal” oyununa ev sahibliyi etdi.

Qarşılıqlı hücümlar şəraitində keçən final qarşılaşması “Çelsi”nin möhtəşəm qələbəsi – 4:1 hesabı ilə başa atdı.

Gözəl oyun sayəsində “Çelsi” Avroliqanın kubokunu qazandı.

Bəs görəsən, millət vəkilləri final qarşılaşmasının nəticələrini necə qiymətləndirirlər?

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili Sahib Alıyev bildirib ki, son günlər “Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı.

“Çelsi”nin qələbəsinə mən həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oynunu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahları üzərində qələbəsi kimi baxıram.

 “Human Rayts Votç”, “Əmnisti İntənəşnl”dəkilər də bunu bilməmiş olmasınlar gərək”-deyə, o, əlavə edib.

Digər millət vəkili Tahir Mirkişili bildirib ki, burada ən böyük qalib Azərbaycandır:

“Çirkin siyasi oyun əvəzinə gözəl futbol oyunu oynamaq lazım idi, cənablar!…

Haqsız olanlar sonda uduzurlar, böyük hesabla, bu gecədəki kimi!

Gecənin ən böyük qalibi isə Azərbaycandır! Azərbaycanın ən böyük qalibiyyəti isə irəlidədir!”.

Deputat Fazil Mustafa da qeyd edib ki, onun verdiyi proqnoz düz çıxıb, “Çelsi” qalib  gəlib:

“Demişdim ki, “Çelsi” 3-2 qazanacaq, hesab 4-1 oldu. Əsas odur ki, “Çelsi” qazansın.

 Buyurub bütün “Arsenal”lılar erməni formasını geyinsin, üstəlik yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar.

Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var? Qələbəyə görə “Çelsi”yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkürlər!”.

celsi-2

celsi-3

GANIREEEE

ELDENIZ-3

Millət vəkili Qənirə Paşayeva isə bunları deyib:

“Təbriklər, “Çelsi” və təşəkkürlər, Azərbaycan!

“Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim.

 “Arsenal” klubunun da heç zaman azarkeşi olmamışam, amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ilə bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizliklər etmesi hamımızı hiddətləndirmişdi.

İndi oturub o erməni oyunçu, ermənilər ve böhtançılarla birlikdə biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar.

Qələbəyə görə “Çelsi”ni təbrik edirik.

 Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər!

Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri belə ən yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavabı verdi.

Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində belə deyib:

“Azərbaycan bu gecə daha bir nüfuzlu yarışa, gözəl bir idman yarışına, gözəl, ecazkar bir idman-futbol şousuna, möhtəşəm bir final qarşılaşmasına layiqincə ev sahibliyi etdi.

Azərbaycan 29-dan 30-a keçən gecə bir daha dünyaya özünün möhtəşəmliyini, necə yüksək inkişafa malik, necə böyük mədəniyyətə sahib olduğunu nümayiş etdirdi.

 Dünya bir daha Azərbaycan gerçəklikləri, reallıqları ilə üz-üzə, qarşı-qarşıya qaldı.

Azərbaycan bir daha onu qaralayanların, ona böhtan, çirkab, şər atanların, kirli planlar ssenariləşdirənlərin arzularını gözlərində qoydu, pis niyyətlərini, murdar diləklərini çin etmədi.

Azərbaycan xalqı və dövləti bu sınaqdan, bu imtahandan da üzüağ, alnıaçıq, şərəflə, ləyaqətlə çıxdı.

Onu utandırmaq istəyənləri utandırdı, onu rəzil görmək istəyənləri bir  daha rəzilliyə və xəyalqırıqlığına uğratdı, ermənilər başda olmaqla, bütün ermənipərəst anti-Azərbaycan dairələrini sonsuz və dərin kədərə, qüssəyə qərq etdi.

İndi getsinlər, hamısı qucaqlaşıb birlikdə ağlasınlar.

 Bilsinlər ki, ən sonda gülən hər zaman olub və bundan sonra da olacaq”.

Etikxeber.az

 

 

Read Previous

Avroliqanın finalı: “Çelsi” və “Arsenal”- 4:1 – “ÇELSİ” QALİB OLDU… – FOTOLAR – YENİLƏNİB – (8)

Read Next

Dövlət büdcəsinin icrası gəlir: Yaz sessiyası başa çatır – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir