Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Akademik, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadəyə tanınmışların, məşhurların dəstəyi gündən-günə artmaqdadıdır.
Azərbaycanın daha 3 tanınmış siması-general-mayor, Daxili işlər nazirinin sabiq müavini Kamil Əliyev, iqtisad elmləri doktoru, “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Yaradıcılıq məsələləri üzrə katibi İqar Fəhmi də deputatlğa namizədə dəstək verən tanınmışlar sırasındadır.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, adıçəkilən şəxslər Z.Səmədzadəyə dəstəklərini deputatlğa namizədin 23 saylı Seçki Dairəsinin seçiciləri ilə baş tutan izdihamlı və coşqulu görüşündə veriblər.
Qeyd edək ki, görüşə İ. Fəhmi aparıcılıq edib.
İlqar Fəhmi:
“Ziyad müəllim Azərbaycanın ən layiqli ziyalılarından, dövlət xadimlərindən, tanınmış iqtisadçılarındandır. Onu uzun illərdir tanıyıram və heç zaman da yorulduğunu, hərəkətsizliyini, passivliyini görməmişəm. O, daim dinamikada və hərəkətdədir. Ziyad müəllim elə gənclər, cavanlar var ki, onlradan qat-qat enerjili, fəal, aktiv və hərəkətlidir. Bu, heç də hər kəsə nəsib olan bir keyfiyyət, cəhət, üstünlük deyil. Ona görə də 23 saylı Dairənin seçicilərini ona səs verməyə çağırıram. Parlamentimizə Ziyad Səmədzadə kimi insanlar lazımdır”.
Qüdrət Kərimov:
“Ziyad müəllim çoxdan, uzun illərdir tanıyıram. Azərbaycanın gözəl, milli-təəssübkeş ziyalılarından, tanınmış iqtisadçılarından, iqtisad elminə töhfə vermiş elm xadimlərindəndir. Azərbaycan müstəqillik əldə etdikdən ölkəmizdə bazar iqtisadiyyatı qurulmağa, dünya iqtisadiyyatına inteqrasiya olunmağa başladı. Bu inteqrasiya bu gün də davam etməkdədir. Bu prosesdə rol alan, mühüm yeri və xidməti olan insanlardan biri də məhz Ziyad müəllimdir. Onun Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı xeyli sayda əsərləri, kitabları var. Həmçinin, Çinin iqtisadi modelini ilk dəfə tədqiq edən azərbaycanlı alim kimi, onun bu istiqamətdə bir neçə kitabı var. Bunlar bütövlükdə dünya iqtisad elminə verilən töhfələrdir. Ziyad müəllim həm də Milli Məclisin komitə sədridir, onun rəhbərliyi ilə iqtisadiyyatımızın inkişafına xidmət edən xeyli sayda qanun və qərarlar hazırlanıb, parlamentdə qəbul olunub. Ziyad müəllim parlamentdə susub-oturanlardan deyil. Təəssüf ki, belələri də az deyil. Ammma Ziyad müəllim ən fəal, ən işgüzar millət vəkillərindəndir. Onun çox böyük xitmətləri, əməyi var. Odur ki, mən də seçiciləri Ziyad müəllimə səs verməyə çağırııram”.
Kamil Əliyev:
“Mən uzun illər hüquq-mühafizə, daxili işlər orqanlarında çalışmışam, böyük vəzifələrdə işləmişəm. 80-ci illərdə daxili işlər nazirinin müavini olmuşam. 36 ildir ki, general-mayoram. Qarabağ hadisələri də başlayan ilk günlərdən də ən qaynar bölgələrdə, Qarabağda olmuşam. Hər şey gözlərimin qarşısında baş verib. O vaxt Ziyad müəllim Mərkəzi Komitədə işləyirdi. Mən onu hər zaman Qarabağ məsələsi ilə yaxından maraqlanan, bu məsələnin həllinə kömək etməyə çalışan bir insan kimi görmüşəm, tanımışam. Hər zaman bizim yanımızda olub. O, çox qeyrtətli, vətənpərvər insandır. Hər zaman xalqı, dövləti, ölkəsinin inkişafı üçün çalışıb və bu gün də yorulmadan fəaliyyətini davam etdirməkdədir. Onun da, mənim də, hər birimizin də arzusu Qarabağımızın işğaldan azad edilməsi, torpaqlarımızın erməni işğalından qurtulmasıdır. Ali Baş Komandan hansı an əmr versə, əynimə general formamı geyinib müharibəyə getməyə, Qarabağı azad edilməsində iştirak etməyə hazıram”.
Etikxeber.az