Georgi Kvirikaşvili: “Bu layihələr Azərbaycan və Gürcüstan üçün deyil, region üçün mühüm əhəmiyyət kəsb edir”

Bizim qardaş Azərbaycan ilə ikitərəfli əlaqələrimiz bütün sahələrdə dinamik inkişaf edir. Bu əlaqələr hər iki dövlət üçün vacib, strateji xarakter daşıyır.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.

Baş nazir bildirib ki, Azərbaycan ilə ikitərəfli əlaqələrin dinamik inkişafı qlobal layihələrin reallaşmasında da mühüm rol oynayır.

O, deyib: “Bizim logistika, nəqliyyat daşınmaları, enerji daşıyıcıları, eləcə də hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən təhlükəsizlik sahəsində çox mühüm əməkdaşlığımız var. Eyni zamanda, yeni İpək yolu layihəsinin inkişafı bizim üçün çox vacibdir. Bu layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də çalışırıq öz infrastrukturumuzu modernləşdirək, inkişaf etdirək ki, bu layihələri reallaşdıra bilək”.

Etikxeber.az

Read Previous

“Qarabağ” parkı və Xocalı soyqırımı abidəsinin açılış oldu – FOTOLAR

Read Next

Bundan sonra susummu, danışmayımmı? – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir