Gerye “Neftçi”li oldu…

Bakının “Neftçi” futbol komandası daha bir transferini rəsmiləşdirib.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə imzalanıb.

Otuz yaşlı yarımmüdafiəçi komandanın heyətində 77 nömrəli formanı geyinəcək.

gerye

Sonuncu klubu “Qarabağ” (2017-2019-cu illər) olan D.Gerye Haitinin “Violett” (2009-2011-ci illər), “Amerika de Ke” (2011-2013-cü illər), Polşanın “Visla” Krakov (2013-2016-cı illər) və Türkiyənin “Alanyaspor” (2016-2017-ci illər) komandalarında çıxış edib.

Azərbaycan çempionatının qalibi (2018-ci il və 2019-cu il) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib və 11 qol vurub.

Etikxeber.az

Read Previous

Maradona “Ximnasiya və Esqrima”da…

Read Next

2019-cu ilin büdcəsində hansı sahədə artımlara ciddi ehtiyac var? – DEPUTAT AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir