Girovların azad edilməsi ilə bağlı irəliləyiş yoxdur – VİTSE- SPİKER

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə yenilik yoxdur. Beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin “qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir. Təəssüflər olsun ki, bununla bağlı irəliləyiş yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova deyib.

O, qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüblər:

dilqem-shahbaz

“Onlar sessiyanın gündəliyindəı olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər. Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq və təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların öz doğma yurdlarına qayıdışını təmin etməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Amaşovdan etiraz…

Read Next

İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan məsələdir – MM SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir